Accessibility links

ABŞ tələbələri dünya bilik testində uğursuz nəticə əldə edib [Video]


ABŞ universitetlərinin tələbələri coğrafiya, ətraf mühit, demoqrafiya, ABŞ-ın xarici siyasəti, ən son beynəlxalq hadisələr və iqtisadiyyatla bağlı nələr bilir Ötən il Milli Coğrafiya Cəmiyyəti və Xarici Əlaqələr Şurası bu suala cavab tapmaq üçün rəy sorğusu keçirib. Nəticələr isə onu göstərir ki, əgər bu sorğu imtahan olsa idi, sinfin böyük hissəsi bu imtahandan kəsilərdi.

Birləşmiş Ştatlarda universitetdə oxumuş və ya bir zamanlar oxuyan 18-26 yaşları arasında insanlar rəy sorğusunda iştirak edib.

Sorğudakı suallar tələbələrin dünya və Amerikanın dünyadakı rolu barədə biliklərini yoxlayıb. Nəticələr heç də ümidverici deyil, çünki orta bal sadəcə 55 olub.

Biz gənclərə bu bilikləri necə çatdıra bilərik deyə düşünürük, çünkü onlar bunları bilmək istəyir və biz də onları bilgiləndirməliyik. Biz onların hər şeyi qəzet və ya jurnallardan oxuyub öyrənmələrini gözləyə bilmərik

"Birləşmiş Ştatların böyük rol oynadığı uğurlu və nizamlı bir dünyaya heç bir alternativ yoxdur. Ancaq bu mühum rolu öz üzərinə götürəcək gənc kişi və qadınlarımız var, amma biz onları bu ehtiyacları qarşılayacaq qədər mühüm sayda və ya proporsiyada yetişdirmirik," deyə Xarici Əlaqələr Şurasından Riçard Haas bildirir.

Razılığa əsasən Yaponiya hücuma məruz qalsa, Birləşmiş Ştatlar onu müdafiə etməyə məcburdurmu? Tələbələrin sadəcə 28 faizi bu sualın cavabını bilib.

Müharibə elan etmək səlahiyyətinin Konresə aid olduğunu sadəcə 30 faizi bilib.

Bəs yaxşı xəbər nədir?

Tələbələr imtahanda pis nəticələr əldə etsə də, iştirakçıların əksəriyyəti dünya barədə daha çox məlumata sahib olmaq istədiklərini və bunu vacib hesab etdikləini bildirib.

"Biz gənclərə bu bilikləri necə çatdıra bilərik deyə düşünürük, çünkü onlar bunları bilmək istəyir və biz də onları bilgiləndirməliyik. Biz onların hər şeyi qəzet və ya jurnallardan oxuyub öyrənmələrini gözləyə bilmərik,” deyə Milli Coğrafiya Cəmiyyətindən Susan Qoldberq bildirir.

Rəy soğruları aparanlar sosial media proqramları inkişaf etdirir. Onlar deyir ki, məqsəd tələbələrin bilmədiklərini göstərmək deyil, onlara istədikləri məlumatı çatdırmağın yollarını tapıb, onları fəal vətəndaş və məlumatlı seçicilər etməkdir.

XS
SM
MD
LG