Accessibility links

ABŞ F-16-ları İncirlik hərbi hava bazasında


ABŞ-ın NATO-dakı missiyası bildirib ki, İraq və Suriyada İŞİD-ə qarşı koalisiya hava hücumları davam etdirdiyi bir vaxt Türkiyədəki hərbi hava bazasında F-16 hərbi təyyarələri yerləşdirilib.

Keçən ay Ankara İŞİD-lə mübarizədə İncirlik Hərbi Hava bazasından istifadəyə icazə verib və özü İŞİD və PKK terrorçularına qarşı hava hücumu kampaniyasına başlayıb.

İncirlikdən açıqlanan bəyanatda deyilir ki, 6 ədəd F-16 təyyərəsi İtaliyanın Aviono hərbi bazasını tərk edərək 300 personalla birlikdə Türkiyəyə gəlib.

İŞİD-ə qarşı gündəlik hava hücumları gecəyarı davam edib. ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyaya qarşı 16 hava hücumu həyata keçirib.

Keçən həftə Pentaqon bildirmişdi ki, Türkiyədəki ABŞ qüvvələri ilk dəfə Suriyadakı İŞİD terrorçularına qarşı hücum həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG