Accessibility links

ABŞ Türkiyə və kürd qüvvələri arasındakı qarşıdurmanı pisləyir


Bazar ertəsi Birləşmiş Ştatlar Suriyada Türkiyə qüvvələri ABŞ-ın dəstəklədiyi kürdlərin başçılıq etdiyi ittifaqa bağlı bölmələr arasında gedən döyüşlərin "qəbuledilməz" olduğunu bildirib və tərəfləri dərhal geriyə çəkilməyə çağırıb.

Türkiyə ordusu suriyalı üsyançı müttəfiqləri ilə birlikdə ABŞ-ın dəstəklədiyi qüvvələr və İŞİD yaraqlılarını Carabulus ərazisindən çıxarmaq kampaniyasının altıncı günündədir. Pentaqonun mətbuat katibi Peter Kuk İslam Dövləti qüvvələrinim artıq döyüşlərin getdiyi ərazilərdə olmadığını deyib.

Birləşmiş Ştatlar Türkiyəni İŞİD-ə qarşı əməliyyatlarda dəstəkləməyə hazır olsa da, qrupu məğlub etmək səylərində kürd qüvvələrini də dəstəkləyir, deyə Kuk bildirib.

Pentaqon ABŞ qüvvələrinin nə türk hava hücumları və Carabulusun cənubunda artilleriya atəşi, nə də həmin ərazidə Türkiyə qüvvələrinə qarşı atəş açılmasında iştirak etmədiyini deyib.

Pentaqonun mətbuat katibi toqquşma zamanı həlak olan türk əsgərinə görə Türkiyəyə başsağlığı bildirib və İslam Dövləti qrupuna qarşı mübarizədə birlik olmağın vacibliyini vurğulayıb.

Suriyalı üsyançılar ərazidə kürdlərin başçılıq etdiyi qüvvələrdən azı dörd kənd və bir qəsəbə ələ keçiriblər. Eyni zamanda Türkiyə hava hücumlarının azı 35 nəfərin ölümünə səbəb olduğu bildirilir.

Bazar günü Türkiyə ordusu Suriyanın şimalında həyata keçirditşyi hava hücumları nəticəsində 25 kürd militantının öldürüldüyünü deyib və ölənlərin arasında mülki vətəndaşların olduğuna dair iddiaları rədd edib. Türkiyə ordusu həmçinin beynəlxalq qanun altında mülki şəxsləri qorumağa sadiq olduğunu bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan bazar günü keçirilən mitinqdə deyib ki, Carabulus sakinləri Türkiyənin dəstəklədiyi qüvvələr tərəfindən İŞİD-dən azad ediləndən sonra geri dönür.

O, İŞİD yaraqlılarının Carablusdan çıxarmağa nail olduqlarına görə silahlı qüvvələri alqışlayıb.

Türkiyənin Suriyaya hücumu Ankaranın Suriya vətəndaş müharibəsinə müdaxiləsinin kəskin artdığının göstəricisidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG