Co Bayden ABŞ-ın Ukraynaya dəstəyini ifadə edir
ABŞ-ın Vitse-prezidenti Co Bayden Birləşmiş Ştatların Ukrayna iqtisadiyyatı və təhlükəsizliyinə dəstək verməyə davam edəcəyini vəd edib. Birləşmiş Ştatların Ticarət Palatasında keçirilən ABŞ-Ukrayna biznes forumunda çıxış edən Co Bayden ukraynalıları korrupsiyaya qarşı mübarizə aparmağa və xarici investorları ölkəyə cəlb etmək üçün islahatlar həyata keçirməyə çağırıb. Ukraynanın Baş naziri Arseni Yatsenyuk da forumda iştirak edib.
Episodes
-
Mart 28, 2024
"Sənətçilər hökumətlə xalq arasında bir körpüdür"
-
Mart 28, 2024
Ankarada Novruz bayramı qeyd olundu