Accessibility links

ABŞ-ın Klivlend şəhəri Ədliyyə nazirliyi ilə birlikdə şəhərin polis departamentinin fəaliyyətinin nəzərdən keçirilməsi barədə razılıq əldə edib. Bu addım keçən il açıqlanmış hesabatda polis departamentində qeydə alınmış pozuntuların araşdırılması ilə bağlıdır.

Əldə olunan razılığa əsasən şəhər polisinin fəaliyətinin yaxşılaşdırılması üçün təlimlər keçiriləcək. Proqrama irqi ayrı-seçkilik və ifrat güc tətbiq edilməsinin azaldılması, habelə ictimayətlə yaxşı münasibətin qurulmasına dair təlimlər daxildir.

Proqramın həyata keçirilməsi üçün şəhər hakiminin təsdiqi lazımdır.

Klivlend şəhərinin meri Frank Cakson əldə olunan razılığı şəhər üçün “transformasiya dövrü” adlandırıb.

ABŞ prokuroru Stiven Dettelbaç deyib ki, bu addım polis departamentinin işinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Əldə olunan razılığa əsasən, Klivlend polis depatamenti məhkəmənin təyin etdiyi müstəqil nəzarət qrupu tərəfindən monitor ediləcək.

Keçən həftə hakim 2012-ci ildən axtarışda olan qaradərili cütlüyə atəş açaraq öldürən Klivlend polis zabitinə bəraət qazandırmışdı. Klivlend rəsmiləri qurbanların ailələrinin hər birinə 1,5 miliyon dollar məbləğində təzminat ödəyib.

XS
SM
MD
LG