Accessibility links

ABŞ prezidenti Barak Obamanın bildirdiyinə görə, o və çinli həmkarı Şi Cinpinq razılığa gəlib ki, ölkələr nə intelektual əmlakların kiber oğurluqlarını və ticari sirləri dəstəkləyəcək. Bu iki məsələ tərəflər arasında gərginliyə səbəb olmuşdu.

Ağ Evdə görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışan cənab Obama deyib ki, tərəflər fikir ayrılıqlarının olduğunu etiraf edərək, əməkdaşlığı artıracaqlarına söz veriblər.

İki lider arasında danışıqlar Çinin kiber kəşfiyyat fəaliyyətlərinə, Pekinin iqtisadi təcrübələrinə və Cənubi Çin Dənizinə dair ərazi münaqişələrinə həsr olunub.

Ağ Evdə qarşılama mərasimində prezident Şi deyib ki, Çinlə ABŞ arasında əlaqələr yeni başlanğıc nöqtəsindədir.

ABŞ prezidenti isə bildirib ki, bu iki nəhəng dövlər birlikdə çalışsa, əsrin kursunu müəyyən etmək qabiliyyətində ola bilər.

XS
SM
MD
LG