Accessibility links

ABŞ vitse-prezidentinin Türkiyə səfəri başa çatıb


ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə 3 günlük rəsmi səfər başa çatsa da, rəsmi Ankaranın İslam Dövləti yaraqlılarına qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyaya dəstəkləyən hər hansı öhdəlik götürməsi barədə heç bir məlumat verilməyib.

Cənab Baydenin sözlərinə görə, o bə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İraq və Suriyadakı İslam Dövləti yaraqlılarına qarşı mübarizə barədə danışıblar.

Vitse-prezident habelə Suriya prezidenti Bəşar Əl-Əsəd hakimiyyətinin müzakirə mövzusu olduğunu bildirib.

Bir müddət əvvəl Cənab Ərdoğan bildirmişdi ki, əgər ABŞ Türkiyənin köməyini istəyirsə, o zaman İD yaraqlılarından çox Əsəd rejiminə qarşı döyüşməlidir.

Dünən isə prezident Ərdoğan Türkiyənin ABŞ-la yaxın əməkdaşlığı davam etdirəcəyini və Baydenin səfərinin çox əhəmiyyətli olduğunu bildirib.

XS
SM
MD
LG