Accessibility links

ABŞ Konqresinin Nümayəndələr Palatası Birləşmiş Ştatlara vizasız giriş hüququna malik 38 ölkə haqda qanunda dəyişiklik edib. Yeni qanuna əsasən, son beş ildə İraq və Suriya kimi münaqişəli zonalara səfər edən həmin ölkənin vətəndaşlarını ABŞ-a girişinə qadağa qoyulacaq.

Bu qanun Vizasız Giriş Proqramının bir hissəsidir. Bu proqrama əsasən, 38 ölkənin vətandaşına Birləşmiş Ştatlara vizasız daxil olaraq, ölkədə 90 gün qalmaq icazəsi verilir.

Vizasız Giriş Proqramı ilə hər il Birləşmiş Ştatlara 20 miliyon ziyarətçi gəlir. Onlar Daxili Təhlükəsizlik nazirliyinin onlayn sistemi tərəfindən yoxlanılır.

Qanunun qüvvəyə minməsi üçün Senatın və prezident Barak Obamanın qərarı təsdiqləməsi lazımdır.

XS
SM
MD
LG