Accessibility links

İran hökuməti Amerikanın Səsi və ABŞ-ın maliyyələşdirdiyi digər peyk kanallarının yayımını əngəlləyir


Televiziya Yayım Şurası bunu "beynəlxalq sazişlərin kobud şəkildə pozulması” halı adlandırıb

Amerikanın Səsi və ABŞ-ın maliyyələşdirdiyi digər yayım kanallarına rəhbərlik edən hökumət şurası İran hökuməti tərəfindən beynəlxalq farsdilli peyk kanalların yayımının əngəllənməsi halına reaksiya verərək ,bunu “beynəlxalq sazişlərin kobud şəkildə pozulması” kimi qiymətləndirib.

Televiziya Yayım Şurasının (BBG) bu həftə açıqladığı bəyanatda Amerikanın Səsinin Xəbər Şəbəkəsi Radio Fərdanın və Azadlıq Radıosunun Avropada yayımlanan farsdili xidmətinin yayımının əngəlləndiyini bildirib. Bu maneələr BBC-nin fars xidmətindən də yan keçməyib.

Bəyanatda qeyd olunur ki, süni maneələr rialın dəyər itirməsi ilə əlaqədar bu həftə İranda baş qaldıran küçə nümayişləri və həbslərlə eyni vaxta təsadüf edir.

Yayım siqnallarına qəsdən müdaxilə etmə təcrübəsi Beynəlxalq Telekommunikasiya Birliyinin qanunları ilə qadağan olunub.

İran dövlət mediası müdaxilə hallarına münasibət bildirməyib.
XS
SM
MD
LG