Accessibility links

ABŞ Nəqliyyat Komandanlığının rəhbəri Bakıda səfərdədir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri Paul Selvanla görüşü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri Paul Selvanla görüşü

Paul Selvan Azərbaycan xarici işlər naziri ilə danışıqlar aparıb

Avqustun 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nəqliyyat Komandanlığının rəhbəri Paul Selvanla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə görüşdə Azərbaycanın NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına verdiyi töhfələr yüksək qiymətləndirilib.

Azərbaycanın Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün əsas, etibarlı və təhlükəsiz tranzit marşrutlarından biri kimi ikitərəfli və çoxtərəfli əsasda nəqliyyat və yükdaşımaları sahəsində NATO-nun üzv və tərəfdaş ölkələrinə, o cümlədən ABŞ-a göstərdiyi dəstəkdən məmnunluq ifadə olunub.

Elmar Məmmədyarov tərəfdaş dövlət olaraq Azərbaycanın Əfqanıstan əməliyyatı ilə əlaqədar bundan sonra da lazımı tranzit dəstəyi göstərəcəyini qeyd edib. Nazir tikintisi başa çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir-yolu xəttinin və Ələt qəsəbəsi ərazisindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ölkənin tranzit və nəqliyyat imkanlarını daha da artıracağını bildirib.

General Paul Selva Azərbaycanın əlverişli coğrafi mövqeyinin, inkişaf edən nəqliyyat infrastrukturunun yüksək təəssüratlar doğurduğunu, xüsusilə kommersiya və ticarət baxımından böyük imkanlara malik olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG