Accessibility links

ABŞ Azərbaycanın xarici münaqişələrdə iştiraka qarşı qanunlarını alqışlayır


ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinə istinadən məlumat yayıb.

“Biz, Monteneqronun cinayyət məcəlləsinin 18 mart əlavəsi, Kosovonun 25 mart qanunu və İspaniyanın 26 mart tarixli yeni islahatı da daxil olmaqla, Avropalı tərəfdaşlarımızın xaricdə döyüşlərdə iştirak edənlərə qarşı qanunlarının təqdim edilməsini və ya təkmilləşdirilməsini alqışlayırıq. Həmçinin, Albaniya, Avstirya, Azərbaycan, Bosniya-Herseqovina, Danimarka, Finlandiya, Fransa, İtaliya, Latviya, Makedoniya, Portuqaliya və Serbiya sözügedən sahədə qanunlarını imzalayıb və ya icra edir. Misal üçün Qərbi Balkan dövlətlərində xarici münaqişədə iştirak etmək, və ya xarici münagişədə iştirak məqsədilə insanları səfərbər etmək və maliyyələşdirmək qanunsuzdur. Bu kimi səylər bizim Vaşinqton nazirlər toplantısı zamanı müzakirə etdiyimiz vacib məsələyə, xarici terrorçuların axımının qarşısı alınmasına, mühüm töhfə verir”, Dövlət Departamenti bildirir.

XS
SM
MD
LG