Accessibility links

ABŞ Bərdədə su təchizatı ilə bağlı 3 layihənin icrasına başlayıb


ABŞ səfirliyi

ABŞ səfirliyi

ABŞ-ın Avropadakı Hərbi idarəsinin vasitəçiliyi ilə Bərdə rayonunun (Bakıdan 305 kilometr qərb) Yeni Daşkənd, Alxaslı və Ərdüşlü kəndlərində su sistemlərinin təkmilləşdirilməsi sahəsində üç humanitar layihə həyata keçirmək təşəbbüsü irəli sürüb. Layihəyə ABŞ səfirliyinin Hərbi əməkdaşlıq idarəsi nəzarət edəcək. Tamamlandıqdan sonra bu üç layihə 700-ə yaxın ailənin su təchizatını yaxşılaşdıracaq.

ABŞ səfirliyinin məlumatına görə, noyabrın 5-də ABŞ səfiri Robert Sekuta və Azərbaycanın rəsmi şəxsləri layihələrin təməlqoyma mərasimində iştirak edib.

ABŞ-ın Avropadakı Hərbi idarəsi 2003-cü ildən etibarən dəyəri 4 milyon ABŞ dolları olan 17 humanitar yardım layihələrini maliyyələşdirib. Əsasən məcburi köçkün icmalarını əhatə edən bu layihələrə məktəblərin və su təchizatı sistemlərinin təkmilləşdirilməsi və tikintisi daxil olub. 1993-cü ildən etibarən ABŞ Azərbaycandakı qaçqın və məcburi köçkünlərə dəstək olaraq 115 milyon ABŞ dollarından çox yardım ayırıb.

Ağcabədi rayonunda da (Bakıdan 306 kilometr cənub-qərb) təməlqoyma mərasimi gözlənilir.

XS
SM
MD
LG