Accessibility links

ABŞ-ın qəribə və təkrarolunmaz binaları


Los Anceles şəhərində yerləşən Uolt Disney Konsert Zalı

Los Anceles şəhərində yerləşən Uolt Disney Konsert Zalı

ABŞ haqqında fikirləşəndə, şəhərlərdə ucalan göydələnləri, bir-birinə oxşar ağ hasarlı həyət evlərini, açıq və geniş sahələrdə yerləşən qırmızı rəngli fermaları təsəvvür edə bilərsiniz. Lakin, ABŞ həmçinin dünya şöhrətli rəssamların, memarların və həmçinin öz maraqlı arzularını reallaşdıra bilən imkanlı iş adamlarının ölkəsidir.

Amerika Birləşmiş Ştatlarının ən qəribə və təkrarolunmaz binalarının bəzilərini təqdim edirik:

Nevark şəhərində yerləşən Longaberger Səbət Şirkətinin binası

Nevark şəhərində yerləşən Longaberger Səbət Şirkətinin binası

Ohayo ştatının Nevark şəhərində yerləşən Longaberger Səbət Şirkətinin işçiləri şirkətin istehsal etdiyi səbət formasında tikilmiş yeddi mərtəbəli binada işləyirlər. Təəccüblü deyil ki, yeddi mərtəbəli Longaberger Səbət Şirkətinin qərargahı rekord olaraq dünyanın ən böyük səbəti kimi qeydiyyata alınıb.

Los Anceles şəhərində yerləşən Uolt Disney Konsert Zalı

Los Anceles şəhərində yerləşən Uolt Disney Konsert Zalı

Kaliforniya ştatının Los Anceles şəhərində yerləşən Uolt Disney Konsert Zalı dünyanın ən məşhur konsert komplekslərindən biridir. Bu bina xarici görünüşündəki dalğalar, əyriliklər və bucaqlı formaları ilə yalnız Los-Anceles şəhərinin abı-havasını yox, ümümi musiqi hərəkətlərini özündə əks etdirir.

Göbələk Ev

Göbələk Ev

Nyu-York ştatının uzaq Perinton torpaqlarında sanki fantastik romandan götürülmüş bir ev yerləşir. Öz qonur rəngli boyasına görə Göbələk Ev adlanan bu tikinti beton təməlin üstündə dəmir budaqlar vasitəsi ilə bir-birinə birləşən dörd hissədən ibarətdir.

XS
SM
MD
LG