Accessibility links

Amerika caz ifaçısı Bakıda konsert verəcək


Bakıda Amerika caz festivalı olacaq
Bakıda Amerika caz festivalı olacaq

Amerika caz ifaçısı Gabrielle Stravellin noyabrın 14-dən 18-dək Bakıda konsert proqramları ilə çıxış edəcək. Bu Gabrielle Stravellinin Azərbaycana ilk səfəridir və səfər Amerikanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir.

Amerika səfirliyinin məlumatına görə, Azərbaycanda olarkən Gabrielle Stravelli və onun qrupu müxtəlif açıq konsertlər verəcək və yerli musiqiçilər üçün ustad dərsləri keçirəcəklər. Gabrielle Stravellinin Azərbaycanda keçirilən bütün konsert proqramları pulsuzdur və geniş ictimaiyyət üçün açıqdır.

14 noyabr - 18:30-19:40 Park Bulvarda konsert

16 noyabr - 14:30-15:40 Xəzər Universitetində konsert

17 noyabr - 18:00-19:00 Milli İncəsənət Muzeyində pulsuz tur

17 noyabr - 19:00-20:30 Milli İncəsənət Muzeyində konsert

18 noyabr - 19:00-20:00 - YARAT Müasir İncəsənət Məkanında Amerika Caz Musiqisinin tarixi mövzusunda təqdimat

18 noyabr - 20:00-21:30 - YARAT Müasir İncəsənət Məkanında konsert.

XS
SM
MD
LG