Accessibility links

Hüquqşünaslar ABŞ-da səfərdə olub


Bu ilin 9-19 noyabr tarixində Açıq Dünya Liderlik Proqramı (Open World Leadership Program) çərçivəsində bir qrup vətəndaş hüquqlarını müdafiə edən hüquqşunas ABŞ-da səfərdə olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, səfər zamanı hüquqşünaslar Oklahoma ştatının Oklahoma şəhərində Amerikanın ədliyyə sistemilə tanış olub. Onlar ABŞ-da həmçinin ən yaxşı praktikadan faydalanmaq üçün ferderal və yerli məhkəmələr, Oklahoma Dovlət Vəkillər Assosiyasıyası, özəl hüquq firmaları və Oklahoma Universitetinin Hüquq Məktəbinə baş çəkiblər.

Konqres kıtabxanası tərəfindən maliyyələşdirilən Açıq Dünya Liderlik Proqramı keçmiş Sovet respublikalarından olan gənc liderlərin bir araya gətirilməsinə hədəflənən tanınmıs mübadilə proqramıdır. 1999-cu ildə proqram başlayandan indiyədək səkkiz min iki yüz amerikalı ailəsi Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna, Tacikistan və Türkmənistandan olan iyirmi beş min qonağı qəbul edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG