Accessibility links

Riçard Morninqstar: Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdır [Video]


Amerika səfiri iftar süfrəsi açıb. Mərasimə din xadimləri, deputatlar, ictimaiyyətin nümayəndələri qatılıb

Iyulun 10-da ABŞ-ın Azərbaycandakı səfiri iqamətgahında iftar mərasimi təşkil edib.

Riçard Morninqstar: Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdı

Riçard Morninqstar: Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdı

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Salman Musayev, dini icmaların təmsilçiləri, Milli Məclisin deputatları, ictimaiyyətin nümayəndələri iştirak edib.

ABŞ səfiri Riçard Morninqstar bildirib ki, Ramazan insanları ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verir.

“Azərbaycanda milyonlarla müsəlman dünyadakı müsəlmanlarla birgə bu mübarək bayramı qeyd edir. Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdır. Dünyanın hər guşəsində yaşayan müsəlmanlar imkansızlara əl tutmaq niyyətinə sadiqliyini bu ayda bir daha təsdiq edir.

Riçard Morninqstar: Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdır

Riçard Morninqstar: Ramazan ayı ehtiyacı olanların vəziyyətindən xəbərdar olmaq zamanıdır

Bu ayın qeyd olunması bizim başqaları ilə onların bizimlə davranmasını dilədiyimiz tərzdə davranmağın əhəmiyyətini xatırladır. Sevindirici haldır ki, Azərbaycandakı çoxsaylı dini icmalar arasında qarşılıqlı hörmət və tolerantlığın çoxəsrlik tarixi var”, o qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Hacı Salman Musayev deyib ki, Ramazan insanlar bir-birinin qeydinə qalmalı olduğu bir aydır.

“Ramazan islamın gəlişindən müharibələrin, qan tökülməsinin dayandırılması dövrüdür. Amma təəssüflər olsun ki, bu gün bir sıra müsəlman ölkələrində müharibələr daha da geniş vüsət alıb. Allaha dua edirik ki, bu günlərdə tökülən qanlara son verilsin. Bu günlərdə hər iki tərəfdən

“Allahu-əkbər” deyərək bir-birinə atəş açanlar bu atəşə son qoysunlar. Oruclu insanlar dua etməlidir ki, dünyada sabitlik yaransın, tökülən qanlara son qoyulsun, göz yaşlarına son verilsin. Arzu edərdim ki, dünyanın hegemon dövlətləri bu müharibələrin qarşısının alınmasında daha fəal olsunlar.

Dua edək ki, Azərbaycanda uzun illər ərzində yaranmış tolerantlıq mühiti daimi olsun. Burada yaşayan müxtəlif dillərdə danışan, müxtəlif dinlərə etiqad edən insanlar həmişə mehriban olsun və əmin-amanlıq şəraitində yaşamaqda davam etsinlər”, o qeyd edib.

XS
SM
MD
LG