Accessibility links

İlham Əliyev ABŞ Konqresinin nümayəndəsini qəbul edib


Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatları Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri, eyni zamanda, Xarici İşlər üzrə Palata Komitəsində və Hüquqi İşlər üzrə Palata Komitəsində fəaliyyət göstərən Stiv Şabotu qəbul edib. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Cənubi Qafqazın mühüm region olduğunu qeyd edən ABŞ Konqresinin nümayəndəsi, Kiçik Biznes üzrə Palata Komitəsinin sədri Stiv Şabot regiona səfərlərinə Cənubi Qafqazın ən vacib ölkəsi olan Azərbaycandan başladığını vurğulayıb. Səfərinin regionun, o cümlədən Azərbaycanın daha yaxşı tanınması işinə öz töhfəsini verəcəyini bildirən Stiv Şabot əldə etdikləri məlumatları Konqresdəki həmkarlarına çatdıracağını deyib.

Prezident Əliyev bildirib ki, Azərbaycanın artıq 25 ildir müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tutmasına baxmayaraq, hələ də bəzi dünya siyasətçilərinin və beynəlxalq ictimaiyyət nümayəndələrinin ölkənin reallıqları, yürütdüyü siyasət, əldə etdiyi nailiyyətlər və gələcək planları barədə məlumatlandırılmasına ehtiyac duyulur.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi, Azərbaycanda son illərdə gedən inkişaf prosesləri, həyata keçirilən islahatlar, həmçinin bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG