Accessibility links

ABŞ-da qanunlar necə qəbul olunur


ABŞ-da qanunların qəbulu
ABŞ-da qanunların qəbulu

Qanunların əsasında ideyalar dayanır və hər kəs qanun təşəbbüsü ilə çıxış edə bilər. ABŞ-da hətta adi vətəndaşlar öz Konqres nümayəndələri ilə əlaqə saxlayaraq və öz fikirlərini bölüşərək qanun layihəsi irəli sürə bilərlər. Əgər onun Konresdəki nümayəndəsi (konqresmen) razılaşsa onlar bu ideyanı layihə şəklində yaza bilərlər.

Qanun layihəsinə dəstək lazımdır, ideyanı layihələşdirən konqresmen layihəni təqdim etməmişdən öncə digər konqresmenlərin dəstəyini qazanmağa çalışacaq. Konqresdə olan 100 senatordan, 435 nümayəndədən və ya 5 səs verməyən nümayəndədən hər biri qanun layihəsi təqdim edə bilər.

Layihə təqdim olunandan sonra “the hopper” adlanan qutuya yerləşdirilir. Yeni layihə nömrələnir və layihədə qeyd olunan məsələlərlə məşğul olan komitəyə göndərilir. Məsələn, kənd təsərrüfatı, təhsil, beynəlxalq münasibətlər və s. məsələlərlə məşğul olan komitələr var. Komitə layihəyə baxır, araşdırır və yenidən baxır, sonra onu alt-komitəyə göndərir. Alt-komitə də öz növbəsində layihəni araşdırır və müvafiq rəy və dəyişikliklərlə komitəyə göndərir. Sonda komitə qərar verir ki, layihə konqresdə baxılsın ya yox.

Qanun layihəsi komitə tərəfindən təsdiqləndikdən sonra müzakirəyə göndərilir - təqdim olunduğu yerdən asılı olaraq ya Nümayəndələr Palatasına, ya da Senata göndərilir.

Qanun layihəsi səsverməyə çıxarılmamışdan qabaq müzakirə olunur və Konqres nümayəndələri layihəyə dair dəyişikliklər təkliflərini irəli sürə bilərlər. Təsdiqləndiyi halda qanun layihəsi nəzərdən keçirilməsi üçün Konqresin digər palatasına ünvanlanır (Senat və Nümayəndələr Palatası təsdiqlənmiş bütün qanun layihələrini qarşılıqlı olaraq nəzərdən keçirir) və bundan sonra ilkin prosesdə göstərilən mərhələlərdən keçməlidir.

Qanun layihəsi prezidentə yalnız Konqresin palatalarından keçəndən sonra ünvanlanır. Prezident qanun layihəsini təsdiqləyə və ya onun üzərinə veto qoya bilər.

Vetonu aradan qaldırmaq üçün Konqresin hər palatasının nümayələndərinin 2/3 hissəsi səs verməlidir. Tarixə nəzər salsaq görərik ki, prezident tərəfindən veto qoylan qanun layihələrinin 10 faizindən azının üzərindən veto qaldırılıb.

Təqdim olunan qanun layihələrindən təxminən 5% təsdidlənib qanun gücünü alır. 2015-ci ilin yanvarından 2017-ci ilin yanvarınadək fəaliyyətdə olan Konqresə 7800-dən çox qanun layihəsi təqdim olunub. Bu vaxta qədər təqdim olunan qanun layihələrinin 326 (ümumi saydan 4 %) səs vermə prosesinə çıxarılıb və onlardan 100-ü qanun güvvəsini alıb (ümumi saydan 1.3%).

Qanun layihəsi Konqresin fəaliyyət dövrünün sonuna qədər qanun kimi təsdiqlənmədiyi halda o, növbəti Konqresə yenidən təqdim olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG