Accessibility links

ABŞ səfirliyi kiçik qrant proqramını elan edib


Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat verib
Amerika səfirliyi Rafiq Tağının qətli ilə bağlı bəyanat verib

Qrantların məbləği 24.000 dollardan çox olmayacaq

ABŞ-ın Azərbaycandakı səfirliyinin Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramının 2014-cü il qış-yaz çağırışını elan edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə proqram kiçik qrantlar əsasında ölkədəki demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafına təkan vermək niyyətindədir.

Qrantlar məbləği 24.000 dollardan çox olmamaq şərti ilə Azərbaycanda gəlir güdməyən qeyri-hökumət təşkilatları və assosiasiyalar, icma əsaslı təşkilatlar və eyni zamanda yerli müstəqil media təşkilatlarına və fərdi vətəndaşlara müsabiqə əsasında ayrılır.

Layihələr 25 mart 2014-ci il tarixinə qədər təqdim edilə bilər.

Hansı layihələrin maliyyələşdirilməsinə gəldikdə isə müsabiqədə açıq və demokratik cəmiyyətin yaradılmasına, pluralizmi dəstəkləyən icmaların inkişafına, sosial məsuliyyətin artmasına yönəldilmiş yeni və təfərrüatlı təkliflər iştirak edə bilər.
XS
SM
MD
LG