Accessibility links

Dövlət Departamentinin rəsmisi Azərbaycana gəlir


ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai məsələlər üzrə müavini Bey Fenq

ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai məsələlər üzrə müavini Bey Fenq

ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai məsələlər üzrə müavini Bey Fenq gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcək, Azərbaycanda xalq diplomatiyası sahəsində vəziyyətlə tanış olacaq

ABŞ dövlət katibinin köməkçisinin xalq diplomatiyası və ictimai məsələlər üzrə müavini Bey Fenq bu həftə Azərbaycana gələcək.

ABŞ səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bey Fenq dekabrın 5-6-da gənclər təşkilatlarının nümayəndələri ilə görüşəcək, Azərbaycanda xalq diplomatiyası sahəsində vəziyyətlə tanış olacaq.

ABŞ rəsmisi Sumqayıt və Salyanda ABŞ-ın təhsil proqramlarının iştirakçıları olan gənclərlə də görüşlər planlaşdırır.

Xatırladaq ki, Bey Fenq regiona səfər çərçivəsində Ermənistan və Gürcüstana da səfər edəcək.
XS
SM
MD
LG