Accessibility links

ABŞ Daxili Təhlükəsizlik Katibinin köməkçisi Azərbaycanda səfərdədir


Alan Bers
Alan Bers

O, “Sərhəd idarəetmə fəaliyyətinin nəzəriyyəsi və qlobal dövrdə təhlükəsizlik" mövzusunda çıxış edib

ABŞ Daxili Təhlükəsizlik Katibinin Köməkçisi və Beynəlxalq Əlaqələr üzrə baş diplomatik zabiti Alan Bersin mayın 21-də Azərbaycana səfər edib. O, Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsinin (İNCU) Qlobal Təsis Konfransında iştirak etmək üçün Bakıya gəlib. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, Alan Bersin konfransda "Təhlükəsizlik: Xətlər və Axınlar: Sərhədlərin Başlanğıcı və Sonu. Sərhəd İdarəetmə Fəaliyyətinin Nəzəriyyəsi və Qlobal Dövrdə Təhlükəsizlik " mövzusunda çıxış edib.

Onun bu gün mayın 23-də səfərini başa vuracağı gözlənilir.
XS
SM
MD
LG