Accessibility links

ABŞ səfiri müdafiə naziri ilə görüşüb


ABŞ səfiri Robert Sekuta müdafiə naziri Zakir Həsənovla görüşür

ABŞ səfiri Robert Sekuta müdafiə naziri Zakir Həsənovla görüşür

Martın 5-də Azərbaycan müdafiə naziri Zakir Həsənov ABŞ səfiri Robert Sekutanı qəbul edib.

ABŞ səfiri Robert Sekuta müdafiə naziri Zakir Həsənovla görüşüb

ABŞ səfiri Robert Sekuta müdafiə naziri Zakir Həsənovla görüşüb

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,müdafiə naziri Azərbaycan ilə ABŞ arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin mövcud vəziyyətinə toxunaraq bu sahədə əldə edilmiş müsbət nəticələrə və həllini gözləyən məsələlərə dair fikir mübadiləsi aparıb.

Müdafiə naziri ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən hərbi sahəni də əhatə etdiyini və bu əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Hərbi-siyasi vəziyyətə toxunan nazir Həsənov Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Böyük sülh sazişi ilə bağlı çağırışın edilməsinə baxmayaraq sülh prosesinin yubanmasını və danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Səfir regiondakı vəziyyətə müsbət təsir göstərə biləcək sülhün bərqərar olması üçün ABŞ-ın səylərinə və əlaqələrin genişlənməsi təşəbbüslərinə toxunaraq həmsədrlər tərəfindən irəli sürülən Böyük sülh sazişi ideyasının müsbət qarşılandığını bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər də müzakirə olunub.

XS
SM
MD
LG