Accessibility links

Güneyli fəal: Əliyevlərin ailə maraqları Azərbaycan millətinin maraqları deyil! [Audio]


Ata Hamidi
Ata Hamidi
Prezident seçkilərindən öncə yayılmış Cəmil Həsənliyə dəstək bəyanatını imzalayanlardan biri olan güneyli fəal Ata Hamidi Amerikanın Səsinə müsahibədə Azərbaycan Respublikasında keçirilən prezident seçkilərini şərh edib. Təkcə İran Azərbaycanında deyil, Azərbaycan Respublikasında da demokratik dəyərləri qorumağın vacibliyini vurğulayan cənab Hamidi baş verən pozuntulara münasibət bildirməyən, tərəfsiz və səssiz qalmağa üstünlük verən güneyli fəallar və təşkilatları tənqid edib.

Ata Hamidi: Güneylilər Azərbaycanda demokratiyanı dəstəkləməlidirlər
please wait

No media source currently available

0:00 0:20:26 0:00
Direct link

“Güney Azərbaycanın türk aydını və siyasətçisi olmaq milli və demokratik dəyərlərə sadiq qalmaq və sahib çıxmaq deməkdir. Bu isə sadəcə iddia ilə deyil bəlkə bu dəyərlərin bölgəmiz başda olmaqla bütün dünyada yerləşməsi istiqamətində çabalamaq və onların tapdalanmasına səssiz qalmamaqla mümkün olar. Milli olmaq səbəbi ilə də güney aydını öz parçası olan Quzey Azərbaycanın demokratikləşməsi, habelə toplumunun gəlişməsi ilə dünyada güclü bir millət və dövlətə sahib olmaq yönündə münasibət sərgiləməlidir,” deyə Ata Hamidi düşüncələrini ifadə edib.

Milli olmaq səbəbi ilə də güney aydını öz parçası olan Quzey Azərbaycanın demokratikləşməsi, habelə toplumunun gəlişməsi ilə dünyada güclü bir millət və dövlətə sahib olmaq yönündə münasibət sərgiləməlidir.
Ərdəbilli fəal güneylilərin Azərbaycandakı siyasi proseslərə qatılmasını “müdaxilə” kimi qiymətləndirən bəyanatlara də təpki göstərib: “Onlar yeri gələndə Azərbaycanı tək yurd və 50 milionluq əhaliyə sahib bir millət sayır. Bəs bu millətin öz taleyinə münasibət bildirməsinə gəlincə niyə fərqli davranırlar? Demək ki, o insanlar milli iradə məsələsində olduğu kimi Azərbaycan məsələsində də səmimiyyətsizdirlər.”

Cənab Hamidinin sözlərinə görə, “Azərbaycan hakimiyyəti Quzey Azərbaycanın milli demokratik qüvvələrini təsirsiz və Güney Azərbaycan milli fəallarının belə himayəsini qazana bilməyəcək qədər gücsüz göstərmək istəyir. Bu üzdən də, quzeydəki demokratik hərəkatda güneylilərin fəaliyyətini əngəlləyir.”

Onun dediklərinə görə, Azərbaycan Respublikasında bir ailənin mənfəətləri ölkənin milli maraqları ilə eyniləşdirilir.

Polis müxalif nümayiş iştirakçısını döyür. Bakı, 12 oktyabr, 2013.
Polis müxalif nümayiş iştirakçısını döyür. Bakı, 12 oktyabr, 2013.
“Bir ölkədə hakimiyyət bölgüləri müstəqil deyilsə, qanunverici, icra və məhkəmə hakimiyyətlərinin tamamilə tək əldən idarə edilirsə və tək əlin mənfəətlərini təmin edirsə, demək ki, orada dövlət və rejim ayrı deyildir. Quzey Azərbaycanda da bütün qurumlar Əliyev ailəsinin əmrindədir. Bu bir ailə rejimi olduğu üçün bütün dövlət mexanizmləri və imkanları o ailənin xidmətindədir. Azərbaycanda milli olan və əhaliyə aid olan tək şey var, o da bu rejimin gətirdiyi milli fəlakətdir,” deyə o, söyləyib.

Ata Hamidi güney təşkilatlarının “seçkilərdə baş vermiş saxtakarlıqlarla” bağlı səssiz qalmaqlarını sərt şəkildə tənqid edib.

Müxalifət tərəfdarları səsvermənin nəticələrinə etiraz edirlər. Bakı, 12 oktyabr 2013.
Müxalifət tərəfdarları səsvermənin nəticələrinə etiraz edirlər. Bakı, 12 oktyabr 2013.
“Sanki Azərbaycan hakmiyyətinin saxtakarlıqlarından danışmasalar dünya ictimaiyyəti bunlardan xəbərsiz qalacaq. Sanki Quzey Azərbaycanın çağdışı bir rejim tərəfindən idarə edildiyini etiraf etsələr Azərbaycanın dünyada abırı gedəcəkdir. Halbuki bu saxtakarlıq bütün dünyadan gələn müşahidəçilərin önündə baş verdi və hər kəsin gördüyünü güney təşkilatlarının görməməsi onlar üçün böyük ayıb olar və onları demokratik qüvvələrin gözündən salar,”-deyə Kanadanın Toronto şəhərində mühacirət həyatı yaşayan fəal əlavə edib.
XS
SM
MD
LG