Accessibility links

ABŞ səfirliyi təkzib edir: Seçki prosesinə təsir göstərmək niyyətində deyilik


ABŞ səfirliyi
ABŞ səfirliyi

“ABŞ-ın Azərbaycandakı səfirliyi mətbuatda ABŞ-ın gələn seçkilərə dair güya planlaşdırdığı siyasəti barədə dərc edilən anonim iddialardan agahdir. Sözügedən məqalələr tamamilə həqiqətə uyğun deyil”. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin bu gün yaydığı məlumatda deyilir.

Burada söhbət “Yeni Müsavat” qəzetinin bu günki sayında baş məqalə yerində dərc etdiyi “ABŞ Bakıdakı taktikasını dəyişir” adlı yazıdan söhbət getdiyi təxmin edilir. Qəzet diplomatik mənbələrdən daxil olan məlumatlara əsaslanaraq yazır ki, 2015-ci il parlament seçkilərinə ABŞ xüsusi ssenari ilə hazırlaşır. “Məlumdur ki, Milli Məclisin indiki siyasi vitrinindən Qərb narazıdır. Buna görə də ABŞ parlamentdə hakim partiya ilə yanaşı, orada başqa müxalif fraksiyaların olmasını istəıyir”, qəzet yazır.

Məqalədə həmçinin “Amerikanın yeni səfirinin üzərinə qoyulan funksiya dağınıq olan demokratik düşərgəni toparlamaqdır, iddialara görə Qərb bu seçkilərdə iqtidarla hər hansı məhbusla bağlı “bazarlaşmaya” getməyəcək, səfir əvəzi müxalifətlə nələri müzakirə edib?” kimi mövzulara toxunulub.

Amerika səfriliyi bildirir ki, ABŞ səfirliyindən hər hansısa məlumatın şərh olunması xahiş olunmayıb və biz sözügedən məlumatları təkzib edir.

“Müvəqqəti İşlər Vəkili Derek Hoqan həqiqətən siyasi partiyaların baxışlarını daha yaxşı anlaması məqsədi ilə bir sıra partiyalarla görüşlər keçirib. Müstəqil, suveren və demokratik dövlət kimi Azərbaycanın inkişafına təkan verən Amerika Birləşmiş Ştatları heç bir seçki prosesinə öncədən qiymət vermək və ya təsir göstərmək niyyətində deyil. Biz Azərbaycan hökuməti və xalqı ilə müxtəlif səpkidə əməkdaşlığ etmək ümidindəyik”, səfirliyin məlumatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG