Accessibility links

“ABŞ səfirliyi Azərbaycanda çeviriliş hazırlamır”


Amerika səfirliyi
Amerika səfirliyi

“ABŞ səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansı partiyanı təlimatlandırır nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “ABŞ səfirliyinin bəyanatı media şayiələrini ifşa edir” başlıqlı bəyanatında deyilir.

Xatırladaq ki, son zamanlar bir sıra iqtidaryönümlü medialar ABŞ səfirinin müxalifət liderləri ilə görüşlərində dövlət çevrilişi, müxalifətin maliyyələşdirilməsi və təlimatlandırılması ilə bağlı söhbətlər aparması barədə məlumatlar dərc edib.

Səfriliyin bəyanatında deyilir ki, səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Musavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib. Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək, onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumatlar ictimayyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçiləri ilə də görüşlər keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG