Accessibility links

ABŞ senatoru və konqresmeni Azərbaycan prezidenti ilə görüşüb


ABŞ və Azərbaycan bayraqları

ABŞ və Azərbaycan bayraqları

İkitərəfli münasibətlər və Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib

İyunun 28-də prezident İlham Əliyev ABŞ Missisipi ştatından olan respublikaçı senator Rocer Uikeri və Nyu Cersi ştatından olan respublikaçı konqresmen Kristofer Smiti qəbul edib.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının əhəmiyyətinə toxunulub.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT Parlament Assambleyası çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG