Accessibility links

Keçirilmiş tenderin nəticələrinə görə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın Fluor Limited şirkətinə özünün Neft və Qaz Emalı və Neft Kimyası Kompleksi layihəsinin idarəetmə kontraktını təqdim edib. Fluor məbləgi açıqlanmayan kontraktın icrasına 2015-ci ildə başlayacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Fluor Limited şirkətinin layihələr həyata keçirdiyi ölkələr

Fluor Limited şirkətinin layihələr həyata keçirdiyi ölkələr

Layihə meneceri olaraq Fluor SOCAR-a sözügedən layihə çərçivəsində qaz emali zavodunun və neft-kimya zavodlarının mühəndis işləri, təchizatı, inşaatı işə salınması işlərini həyata keçirən podratçıların müəyyənləşdirilməsində yardım edəcək.

Fluor şirkətinin Avropa, Afrika və Yaxın Şərqdə Enerji və Kimya məsələləri üzrə prezidenti Tako de Haan öz şirkətinin SOCAR tərəfindən bu kimi dünya miqyaslı layihə rəhbəri kimi seçilməsindən qürur keşirdiyini bildirib.

Fluor Limited şirkəti layihə icra edir

Fluor Limited şirkəti layihə icra edir

“Fluor hasilat layihələrinin həyata keçirilməsində öz bacarığını nümayiş etdirmişdir və şirkət təhlükəsizlik, keyfiyyət və qiymət səmərəsi baxımından işin öhtəsindən uğurla gələcək”, o qeyd edib.

Layihənin icrası Fluor-un İngiltərənin Farnboroda yerləşən ofisi tərəfində həyata keçiriləcək. Sözügedən ofis çoxsaylı enerji, kimya, hökumət, sənaye, infrastruktur, mədən və elektrik enerjisi sahələrində xidmətlər göstərir.

XS
SM
MD
LG