Accessibility links

ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığı Azərbaycanda hərbi tibbi seminar keçirir


Hərbi tibbi seminar

Hərbi tibbi seminar

Azərbaycan Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, seminar müddətində təlimçilər NATO-nun müxtəlif əməliyyatları zamanı, o cümlədən sülhməramlı əməliyyatlarda qazanılmış və digər təcrübələrə əsasən, hərbi qulluqçularla əməliyyatların keçirilmə rayonuna açılmamışdan əvvəlki və geri qayıtdıqdan sonrakı dövrlərdə aparılan işlər, yoluxucu xəstəliklərin immunoprofilaktikası və izlənilməsi, çöl-səhra şəraitində sanitar-gigiyena tədbirləri və digər mövzularda məlumatlar təqdim olunacaq və müzakirələr aparılacaq.

XS
SM
MD
LG