Accessibility links

Amerika səfirliyi Yeni ili keçirmək üçün 5 məkan təklif edir


Nyu-York şəhəri

Nyu-York şəhəri

Amerikanın Azərbaycandakı səfirliyi Azərbaycan vətəndaşlarına Miladda və Yeni ildə səyahət etmək üçün Amerikanın 5 ən yaxşı yerini təklif edir.

Səfirliyin məlumatında deyilir ki, dekabrda "Bayramlar üçün məkan" tanış bir terminə çevrilir. Lakin, amerikalılar və digər ölkələrin səyahətçiləri üçün Milad bayramı populyar səyahət günlərinə çevrilir.

ABŞ səfirliyi sizə Miladda və ya Yeni ildə səyahət etmək üçün 5 ən yaxşı yeri təklif edir:

Amerika

Amerika

1. Nyu York şəhəri - Amerikada səyəhət üçün ən yaxşı istiqamətlər siyahısına daxildir, lakin o, bir çox insanlar üçün xüsusilə qış bayramları və Yeni il səyahəti üçün ən sevimli yerdir.

2. Çikaqo - Turistləri möhtəşəm qarlı küçələrdə milyonlarla işıqların görüntüsünü seyr etmək və məşhur Christkindlmarkt-ı ziyarət etmək üçün Çikaqoya yola düşürlər. Bu şəhərin ənənəvi taxta oyuncaqları ilə dolu Alman Milad bazarında Alman irsi ilə tanış olaraq, Alman qidalarından və içkilərindən zövq ala bilərsiniz.

Amerika Yeni il

Amerika Yeni il

3. Kolorado - Qarlı yamaclarında xizək sürməyi ilə və rahat kotejləri təklif edən tanınmış Aspen və Vail kurortu ilə məhşur olan Kolorado ştatı bəziləri üçün yeni il bayramını qeyd etmək üçün ən sevimli yerə çevrilib.

Şaxta Baba

Şaxta Baba

4. Florida - Bu ştat ağ qarlı Yeni ilin əvəzinə isti okean qumunun üstündə istirahət etməyə üstünlük verən səyahətçilər üçündür. İdeal temperatur, hətta dekabrda mülayim hava proqnozu bəzi insanlara daha zövqlü Yeni il keçirmək üçün şərait yaradır.

Alyaska

Alyaska

5. Alyaska - Siz, həqiqətən soyuq, ağ, qarlı Yeni ili keçirtmək fikrindəsinizsə, bayram üçün Alyaska ştatını seçin. Lakin bəzi insanlar üçün, Alaska onların Yeni il arzularının göndərildiyi məkandır. Minlərlə uşaq öz Yeni il arzuları məktublarını Şimal qütbü kimi tanınan Alyaskada yerləşən Santa Klaus Evinə göndərirlər.

Show comments

XS
SM
MD
LG