Accessibility links

Amerikada Şükranlıq bayramı qeyd edilir [Video]


Prezident Obama hindtoyuğunu əfv edir

Prezident Obama hindtoyuğunu əfv edir

Prezident Obama hindtoyuğunu əfv edib

Şükranlıq bayramında amerikalılar ailələri və sevdikləri ilə birlikdə bayram süfrəsi ətrafında yığışaraq bir-birinə təşəkkür edirlər. Amma prezident Obama deyib, “bu gün həmçinin hindtoyuğu olmaq üçün ən pis günlürdən biridir”.

Ağ Evdə Şükranlıq bayramı ənənələrindən biri də prezident tərəfindən Şükranlıq bayramı üçün nəzərdə tutulmuş hindtoyuğunun əfv edilməsidir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bu ənənənin kökləri Linkolnun prezidentliyi dövrünə təsadüf edir. Deyilənə görə, Linkolnun oğlu bayram süfrəsi üçün nəzərdə tutulan hindtoyuğunu kəsməməyi atasından xahış edib. Ondan sonra 1963-cü ildə Kennedi bayramda “qoy yaşasın” deyərək, hindotuyuğunu əfv edib. 1989-cu ilədək bu, qeyri-rəsmi bir ənənə idi, lakin ata Buş Şukranlıq bayramında hindtoyuğunu rəsmi olaraq əfv edən ilk prezident kimi tarixə düşüb. Ondan sonrakı ABŞ prezidentlərinin hamısı bu ənənəyə sadiq qalıb.

Bu il də Obama hindtoyuğunu əfv edib. Bəxtəvər hindtoyuğu yeni evinə - Virginia Tech institutuna göndərilib. Onların qayğısına oradakı baytarlar qalacaq.

Show comments

XS
SM
MD
LG