Accessibility links

ABŞ səfiri YAP sədrinin müavini ilə görüşüb (Yenilənib)


Robert Sekuta və Əli Əhmədov (Foto yap.org.az saytınındır)

Robert Sekuta və Əli Əhmədov (Foto yap.org.az saytınındır)

Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov avqustun 26-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı partiyanın mənzil qərargahında qəbul edib.

YAP mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

Öz növbəsində, ABŞ səfirliyi Twitter səhifəsindfə bildirir ki, ABŞ səfiri Robert Sekuta müxtəlif məsələlər haqda daha ətraflı məlumat almaq üçün Azərbaycanda parlament seçkiləri qabağı siyasi partiyalarla görüşlərə başlayıb.

Səfir ilk olaraq iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla görüşərək ölkədəki siyasi vəziyyəti, qarşıdan gələn parlament seçkilərini müzakirə edib.

Robert Sekuta prezident İlham Əliyevin parlament seçkilərində azad və ədalətli səsvermə çağırışını qeyd edib.

“Noyabr ayında seçkilərin azad və ədalətli keçirilməsi Azərbaycanın demokratik proqresində müsbət addım olacaq”, o bildirib.

XS
SM
MD
LG