Accessibility links

ABŞ-dakı hücumun daha bir qurbanı Randal Smit olub


ABŞ Dəniz Donanmasının məlumatına görə, iki gün öncə Tennesi ştatının Çattanuqa şəhərindəki hərbi yardım mərkəzinə hücum zamanı ağır yaralanan dəniz piyadası bu gün dünyasını dəyişib və hücum nəticəsində ölənlərin ümumi sayı 5-ə çatıb.

Dəniz Qüvvələri 2-ci dərəcəli zabiti, 26 yaşlı Randal Smit logistika mütəxəssisi idi. Ailə üzvlərinin verdiyi məlumata görə, ailəli olan zabit 3 qızı var.

Rəsmilər bildirib ki, Küveydə doğulan və Tennesi ştatının Hikson şəhərində yaşayan 24 yaşlı Yusuf Əbdüləziz Çattanuqadakı çağırış məntəqəsinin barrikadaların yandırdıqdan sonra avtomobillə bir neçə kilometr mərkəzin içərisinə gedə bilib. Burada o, 4 dəniz piyadasının öldürüb, bir dənizçini isə yaralayıb.

Əbüləzizi ilk açdığı atəşdən bəri təqib edən polis zabiti güllə ilə vuraraq öldürüb.

Hadisə zamanı iki nəfərin isə yüngül xəsarət aldığı bildirilir.

Dünən Tennesi ştatının Çattanuqa şəhərində yerləşən iki hərbi müəssisədə baş verən atışmanı araşdıran ABŞ Federal Təhqiqatlar Bürosunun agenti deyib ki, agentlik atəş açan şəxsin məqsədini araşdırır.

Ed Reinhold həmçinin qeyd edib ki, təhqiqatçılar silahlı şəxsin hər hansı bir terrorçu qrupu ilə əlaqəsi olub olmadığını araşdırırlar: “Biz təhqiqata yeni başlayırıq. Biz bu ehtimalı araşdıracağıq. Lakin hal-hazırda onu hər hansı beynəlxalq terrorçu qrupla əlaqələndirəcək heç bir dəlil yoxdur”.

Reinhold deyib ki, 24 yaşlı Məhəmməd Yusif Əbdüləzizin üç dəniz donanması əsgərinin və digər iki əsgərin ölümü ilə nəticələn atışmanı həyata keçirməsinin səbəbləri bilinmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG