Accessibility links

ABŞ-da dəhşətli tornado [Fotoqalereya]


Ölən 91 nəfərdən azı 20-si uşaqdır

Dünən günorta saatlarında ABŞ-ın mərkəz ştatlarından olan Oklahomada küləyi 320 km/saat olan tornado kütləvi dağıntılara və ən azı 91 nəfərin ölməsinə səbəb olub.

1900-cü ildən bəri ABŞ-da ən dəhşətli tornadolar

- Mart 1925: 695 nəfər ölüb - Missuri, İllinoyz və İndiana
- Aprel 1936: 216 nəfər ölüb - Tupelo, Missuri
- Aprel 1939: 203 nəfər ölüb - Geynzvil, Corcia
- Aprel 1947: 191 nəfər ölüb - Vudvord, Oklahoma
- May 2011: 158 nəfər ölüb - Coplin, Missuri
- Aprel 1908: 143 nəfər ölüb - Luiziana və Missuri
- İyun 1953: 116 nəfər ölüb - Flint, Miçiqan
- May 1953: 114 nəfər ölüb - Vako, Texas

Xilasetmə dəstələəri Oklahoma yaxınlığındakı Moore şəhərində sağ qalanları axtarışını davam etdirir. Bütün şəhəri su altında qoyan tornado nəticəsində dağıntı qalıqları havaya uçub.

Ən son məlumata görə, 51 nəfərin öldüyün təsdiqlənib. Onlarında ən az 20-si tornado şəhəri vuran zaman məktəbdə olan balaca uşaqlardır.

Tornadonun Marşrutu, Oklahoma City, Oklahoma
Tornadonun Marşrutu, Oklahoma City, Oklahoma
Ştat rəsmilərinin bildirdiyinə görə, ölü sayının ən az 40 nəfər artacağı ehtimal olunur. Tornado nəticəsində 120 nəfərin isə yaralandığı deyilir.

Xilasetmə işçiləri tornado nəticəsində dağılan iki məktəbin dağıntıları altından bir nemə uşağı çıxartmağa müvəffəq olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG