Accessibility links

Dünən gecədən etibarən ABŞ-ın şimal-şərqində, 50 milyona yaxın insanı əhatə edən ərazilərdə güclü qar yağıb.

Çovğun nəticəsində 60 santiment hündürlüyündə qar yağıb. Küləyin sürəti isə saatda 100 kilometrə çatıb.

Hava şəraitinə görə minlərlə təyyarə uçuşu təxirə salınıb, əksər məktəblər isə bağlı elan edilib. Almaniya kansleri Angela Merkelin prezident Donald Tramp ilə planlaşdırılmış görüşü cümə gününə keçirilib.

Nyu York şəhərinin meri Bil de Blasio isə xəbərdarlıqla çıxış edib.

“Şəhər sakinləri yollardan kənar durmalıdır. Yağan qarın həcmi, əsən küləyin sürətini nəzərə alaraq, bu sizin təhlükəsizliyiniz üçün çox əhəmiyyətlidir. Həm öz təhlükəsizliyiniz üçün, həm də şəhər bələdiyyəsinin yolları təmizləyə bilməsi üçün yollara çıxmayın.”

Paytaxt Vaşinqtonda qar çovğunu ilə bərabər güclü sulu qar da yağıb.

XS
SM
MD
LG