Accessibility links

ABŞ-da ödənişli analıq məzuniyyəti [Video]


Birləşmiş Ştatlar övladı yeni dünyaya gəlmiş anaları ödənişli analıq məzuniyyəti ilə təmin etməyən yeganə inkişaf etmiş ölkə olsa da, hazırda prezidentliyə hər iki demokrat namizəd ölkə boyu 12 həftəlik ödənişli ailə məzuniyyət qanununun qəbul edilməsini dəstəkləyir. Amma bu təklif yeni deyil. Prezident Barak Obamanın 2015-ci il İllik Hesabat Məruzəsində bunu dilə gətirməsi Konqresdə bəzi respublikaçıların bu firkə dərhal əks reakasiyasına səbəb olmuşdu. Buna baxmayaraq ştat səviyyəsində bəzi irəliləyişlər əldə olunub. Nyu-York ştatı federal analıq məzuniyyəti qanununu gözləməyən üç ştatdan biridir.

ABŞ-da əksər qadınların artıq işlədiyi faktı dərk olunmayıb. Bizim əmək qanunlarımızın əksəriyyəti uzun zaman öncə ailə strukturları tam fərqli olan dövrdə yazılıb. İndi qadınların, anaların çoxu işləyir, hətta körpə uşaqları olan analar belə çalışır.

Birləşmiş Ştatlarda yeni ananın övladı dünyaya gəldikdən sonra işdən çıxması nadir rast gəlinən bir hal deyil. Sem doqquz aylıqdır, onun anası Lora doğumdan sonra işə dönmək fikrindən çox qorxurdu.

“Mən onunla sadəcə 6 həftə qala bildim və bu, kifayət deyil. Bizə onun qayğısına qalacaq biri lazım idi, amma Vaşinqtonda uşaq bağçasının qiyməti çox yüksəkdir. İşimə dönsəm, bağçanın xərcini ödəmək üçün kifayət qədər maaş almayacaqdım.”

ABŞ-da işçilərin məcburi şəkildə ödənişli analıq məzuniyyəti ilə təmin edilməsi barədə federal qanunun qəbul olunması yaxın zamanlarda gözlənilməsə də, bəzi ştatlar bu məsələni həll etməyə çalışır.

Nyu-Yorkda yeni qanun yeni anaları 12 həftəlik analıq məzuniyyəti ilə təmin edir. Nyu Cersi altı həftəlik məzuniyyətin 67 faizini ödəyir, Kaliforniya 55 faizini. Rod Aylend isə dörd həftənin.

“Bu dörd ştatda yaşayırsınızsa, ödənişli məzuniyyətlə təmin oluna bilərsiniz, amma ABŞ-ın digər yerlərində yaşayırsınızsa, bu sizin işlədiyiniz yerdən könüllü olaraq sizə verilməlidir, çünki dövlət səviyyəsində belə bir proqram mövcud deyil.”

Prezidentliyə demokrat namizədlər Hillari Klinton və Berni Sanders yeni ana olan qadınları 12 həftəlik ödənişli analıq məzuniyyəti ilə təmin edən milli proqramın həyata keçirilməsini istəyir. Bu proqram 1993-cü il Ailə və Tibbi Məzuniyyət aktının təkmilləşdirilmiş versiyası olacaq. Çünki 1993-cü il qanunu dövlət işçiləri və ya 50-dən çox işçisi olan özəl şirkət işçilərinə iş yerlərini itirmədən ödənişsiz məzuniyyətlə təmin edir. Ancaq tənqidçilər deyir ki, bu qanun yeni anaların 60 faizini əhatə edir, çünki elə işçilərin də sadəcə 60 faizi bu proqramdan yararlanmağa haqq qazanır.

“ABŞ-da əksər qadınların artıq işlədiyi faktı dərk olunmayıb. Bizim əmək qanunlarımızın əksəriyyəti uzun zaman öncə ailə strukturları tam fərqli olan dövrdə yazılıb. İndi qadınların, anaların çoxu işləyir, hətta körpə uşaqları olan analar belə çalışır.”

Məzuniyyəti ödənişli və ya ödənişsiz etmək iş yerlərindən asılıdır, amma ən yaxşıları bunu edir. Bu işçi üçün xeyirli olduğu qədər şirkət üçün də xeyirlidir.

Buna baxmayaraq bəzi şirkətlər işçilərini təkcə ödənişli analıq deyil, hətta ödənişli atalıq məzuniyyəti ilə belə təmin edir.

Yenicə ata olmuş Co altı aylıq ödənişli məzuniyyətdə olmaqdan çox məmnundur.

“Məncə məzuniyyəti ödənişli və ya ödənişsiz etmək iş yerlərindən asılıdır, amma ən yaxşıları bunu edir. Bu işçi üçün xeyirli olduğu qədər şirkət üçün də xeyirlidir.”

Ödənişli ailə məzuniyyəti qanunun əleyhdarları bunun şirkətlərə baha başa gəldiyini iddia edir.

Bu fikri dəstəkləyənlər isə deyir ki, ödənişli analıq məzuniyyətinin xərci ailəyə dəyən fayda ilə müqaiyəsədə çox cüzidir.

XS
SM
MD
LG