Accessibility links

ABŞ boyu qaradərililərin polis tərəfindən qəddarlığa məruz qalmasına etirazedən çoxsaylı nümayişçi polis tərəfindən saxlanıb.

Nümayişlər şənbədən bazar gününə keçən gecədən başlayıb. Nümayişlər keçirildiyi başlıca şəhərlərdən biri Luiziana ştatının Baton Rouge-dir. Oradakı nümayişlər zamanı polis sahəsində islahat çağırışı ilə etiraz edənlərin əsas aktivistlərindən olan DeRay Makkesson saxlanılıb və polisin onu həbs etməsini canlı yayımlayıb.

Makkesson və başqa nümayişçilər ötən həftə 5 uşaq atası Alton Sterlinin polis tərəfindən öldürülməsinə etiraz edir. Polis nümayişçilərə magistrallardan kər durmaq barədə xəbərdarlıq etsə də, Makkesson polisin çağırışlarına məhəl qoymayıb.

Nümayişçilər "Ədalət olmasa, sülh də olmaz - İqrçi polisə "Yox"!" şüarları səsləndiriblər.

Daha sonra polis Makkessona yaxınlaşaraq "Şəhər polisi. Siz nəzarət altındasınız. Mübahisə etməyin" - deyə bildirib. Makkesson isə kütləyə "Mən nəzarət altındayam" - deyə qışqırıb.

Polis həbsi ictimai təhlükəsizliklə əsaslandırsa da, nümayişçilər ABŞ xəbər agentliklərinə Makkessonun hədəf alındığına inandıqlarını bildirib. Nümayişdə Makkessondan başqa onlarla nümayişçi də saxlanıb.

XS
SM
MD
LG