Accessibility links

ABŞ-ın şərqində rekord kitabçalarına düşəcək iki gün davam edən intensiv qar yağışından sonra milyonlarla insan avtomobillərini və evlərini qarın altından təmizləyib çıxarmağa çalışırlar.

Qar yağışı dünən aşxam səngiməyə balayaraq paytaxtda təxminən 60 santimetr hündürlüklə kifayətlənib. Qar çovğunu şənbə günü görmə qabiliyyətini azaldaraq yolların bağlanmasına, bütün ictimai nəqliyyatın bağlanmasına səbəb olub.

Şimala doğru getdikcə isə qarın səviyyəsi də artıb. Milli Hava Xidmətinin məlumatına görə, Nyu-York şəhərində qarın hündürlüyü ən azı 64 santimetr qeydə alınıb. Bazar günü şəhərdə səyahət qadağası ləğv edilib və belə ki, təxminən 8.4 milyon sakin məhdud şəkildə də olsa evlərində çıxa biliblər. İctimai nəqliyyat, Broadway teatrı, muzeylər və bütün dükanlar bağlanıb.

Qasırğanın hərəkət istiqamətində olan 85 milyon insan onun təsirinə məruz qalıb. Belə ki, 100 minlərlə insanı elektrik enerjisiz qoyan çovğun çoxsaylı uçuşların təxirə salınmasına, yolların və ictimai nəqliyyatına bağlanmasına səbəb olub.

BAX: Vaşinqtonda qar çovğunu

Çovğun zamanı rəsmilər insanlara evlərindən çıxmamağı, küləyin sürətinin saatda 80 kilometr olduğunu bildirmişdi.

Corciya ştatından New England-ə qədər 17 nəfərin öldürü bildirilir. Ən azı 10 ştatda isə fövqəladə vəziyyət elan olunub. Qar qasırğası hətta fəzadan da görünüb.

Baltimor şəhərinin meri Stefani Roilinqs-Bleyk yollarda hərəkərin təhlükəli olmasına sakinləri evlərində qalmağa çağırıb. O, CNN tele kanalına deyib ki, şiddətli qarla yanaşı güclü külək problem yaradır.

Şənbə gün axşam qarın azala biləcəyinə baxmayaraq, ən ciddi vəziyyət Vaşinqtonda müşahidə edilir. Paytaxtdan şimalda Merilend ştatının Pulsvil şəhərində qarın örtüyü artıq 58 santimetrdir.

Conas qasırğası Vaşinqtonda tarixdə qeydə alınmış 10 ən güclü qasırğalardan biri ola bilər. Vaşinqtonun meri Müriel Bouser şəhərdə fövqəladə vəziyyət elan edib. Cümə günü şəhərdə məktəblər bağlanıb.

Federal hökumət də bağlıdır. Rəsmilər qeyri-adi bir addım ataraq, ictimai nəqliyyatın dayandırıması haqda qərar qəbul edib.

XS
SM
MD
LG