Accessibility links

ABŞ-da rekord cekpot udulmadı - Növbəti uduş 1.3 milyard dollar müəyyən edilib


Powerball Jackpot
Powerball Jackpot

Dünən ABŞ-da "Powerball" adl; lotereya şirkətinin müəyyən etdiyi rekord cekpotu yenidən heç kəs uda bilməyib. Udan rəqəmlər 32, 16, 19, 57, 34, və Powerball 13 olub.

Müəyyən edilmiş 949.8 milyon dollarlıq cekpotun udulma şansı 292.2 milyonda bir idi.

Statistika ekspertləri isə bu rəqəmlərə görə insanı ildırım vurma şansının lotereyanı udmaq şansından daha yüksək olduğunu bildirir.

44 ştatda oyanayan lotereyada bəxtini sınayan milyonlarla insan dünənki lotereyaya xeyli pul xərcləmişdi. Ancaq dünən cekpotun udmaması ilə növbəti cekpotun məbləği bütün dünyada rekord səviyyədə müəyyən edilib. 1.3 milyard dollar.

Artıq noyabr ayından udulmayan cekpotu məbləği dayanmadan artıq. Sonuncu dəfə cekpot Noyabra ayında 40 milyon olarkən udulmuşdu.

Qaliblərin pulu götürmək üçün iki variantı var. Onlar ya pulu 30 il müddətinə aybaay, ya da 39 faizlik federal vergi və əlavə olaraq yerli ştat vergisi ödənildikdən sonra birdəfəlik tam məbləği götürə bilərlər.

ABŞ-da tarix ərzində udlmuş ən böyük cekpot məbləği 656 milyon dollar olub. 2012-ci ildə bu məbləği Mega Millions adlı lotereyadan Kanzas, İllinoy və Merilend sakini olan 3 nəfər bölüşmüşdü. İndiyədək Powerball-un ən böyük uduş məbləği isə 2013-cü ilin mayında 590 milyon dollar olub.

Cekpot məbləği fantastik rəqəmlər olandan hətta lotereyaya marağı olmayan insanlar da bəxtlərini sınamağa çalışır. Onlar deyir ki, fürsəti əldən vermək istəmirlər.

Ancaq Çoxştatlı Lotereya Assosiasiyası bildirib ki, cekpotun udulma şansı hər 292.2 milyon insandan 1 nəfərədir. Statistika ekspertləri isə bu rəqəmlərə görə insanı ildırım vurma şansının lotereyanı udmaq şansından daha yüksək olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG