Accessibility links

ABŞ-dakı yevangelist xristianlar kimə səs verəcəklər? [Video]


Rəy sorğularının nəticələri göstərir ki, Amerikanın xristian yevangelistləri prezidentliyə Respublikaçı namizəd Donald Trampın qadınlarla bağlı işlətdiyi nalayiq ifadələrə baxmayaraq milyarder daşınmaz əmlak maqnatına səs verməyi planlaşdırırlar. Tramp bu ilin əvvəli praymerilərdə iştirak edəndə “xristian sağçılar” kimi tanınan yevangelistlərin tanınmış liderləri onu tənqid edirdilər, ancaq indi onların əksəriyyəti Trampın əxlaqsız davranışları olduğuna dair tənqidlərə baxmayaraq onu dəstəkləyir.

Mənim üçün vacib olan abortun qadağan edilməsi məsələsini bir tək Donald Tramp dilə gətirdi.

Bir aralar bir çox mühafizəkar xristian Donald Trampı dəstəkləməkdən çəkinirdi, amma o zamandan bəri çox şey dəyişib.

İndi, bir çox qadının Trampı cinsi zorakılıqda günahlandırmasına baxmayaraq, rəy sorğuları mühafizəkar xristinaların 65 faizinin onu dəstəklədiyini göstərir.

“Mən ona bəraət qazandırmıram. Amma bir çox kişinin ondan qat-qat pis davranışları olduğu halda Trampın qınanmasını da anlamıram,” deyə xristian Tramp tərəfdarı Xulio bildirir.

“Bəzən o lazım olandan çox danışır, amma onun məqsəd və dəyərləri mənimki ilə uyğunlaşır,” deyə bir digər xristian Tramp tərəfdarı Alan bildirir.

Bu seçicilərin çoxu üçün üstün olan bir məsələ var.

“Mənim üçün vacib olan abortun qadağan edilməsi məsələsini bir tək Donald Tramp dilə gətirdi,” deyə xristian Tramp tərəfdarı Rendi bildirir.

Lakin bir çox xristian qadın da Trampın söylədiklərindən təhqir olunub və Hillari Klintona səs verməyi planlaşdırır.

Donald Tramp

Donald Tramp

“Mən onun söylədiklərinə inanmıram. Məncə o qadınlara hörmət etmir,” deyə xristian Klinton tərəfdarı Klaudiya bildirir.

Bu yaxınlarda Rays Universitetində keçirilən forumda, din və siyasət üzrə ixtisaslaşan alimlər prezident seçkisini müzakirə ediblər.

Professor Dayen Uinston deyir ki, bir çox xristian Trampın mənəvi səhvlərini göz ardı edir.

“O, bu insanların elementar sosial və siyasi mövqelərini dəstəkləyir. Özü amoral olsa da, onun mənəviyyat gündəmi var,” deyə Uinston bildirir.

Uinstonun dediyinə görə, yevangelistlər arasındakı fikir ayrılığı irsi fərqlərə əsaslanır.

“Əksər rəy sorğuları nəticələrinə əsasən, ağdərili yevangelistlərin 60-70 faizi Trampa səs verəcək. Qaradərili yevangelistlərin əksəriyyəti isə Klintona səs verəcək.”

Əksər rəy sorğuları nəticələrinə əsasən, ağdərili yevangelistlərin 60-70 faizi Trampa səs verəcək. Qaradərili yevangelistlərin əksəriyyəti isə Klintona səs verəcək.

Brukinqs İnstitutunun apardığı son araşdırma onu göstərir ki, mənəviyyatla bağlı məsələlərin ağ yevangelistlər üçün o qədər də ciddi əhəmiyyəti yoxdur.

2011-ci ildə onların yalnızca 30 faizi şəxsi mənəviyyatın əxlaqdan fərqli olduğunu düşünürdü, son rəy sorğuları isə bu rəqəmin 72 faiz olduğunu göstərir.

Bu insanların və onların dini liderlərinin fikirləri cəmiyyətdəki dəyişiklər və iqtisadi şəraitə görə dəyişir.

San-antoniolu tədqiqatçı Patton Dodd deyir ki, Trampın “məşhur” statusu da bu seçicilərin dəstəyini qazanmağa yardım edib.

“Onlar təkcə keşişlərinin dediklərini dinləyib, müvafiq olaraq hərəkət etmirlər. Başqaları kimi onlar da pop mədəniyyətlə maraqlanırlar,” deyə o bildirir.

Bunun seçkilərə necə təsir göstərəcəyi isə səslər hesablanandan və nəticələrin təhlili başlayandan sonra bilinəcək.

XS
SM
MD
LG