Accessibility links

ABŞ-dan Ukraynaya 23 milyon dollar yardım


ABŞ Ukraynaya ölkənin şərqində olan böhranı aradan qaldırmaq üçün 23 milyon dollar həcmində əlavə humanitar yardım göstərəcək.

ABŞ dövlət katibi Con Kerri yeni yardım planını cümə axşamı Kiyevdə yüksək dövlət rəsmiləri ilə görüşü zamanı açıqlayıb. Kerri prezident Petro Poroşenko və baş nazir Vladimir Qrosmanla şərqi Ukraynada islahatları və kövrək atəşkəsi müzakirə edib.

Ukrayna əsgərləri səngərdə keşik çəkir. Avdiivka, şərqi Ukrayna. 16 aprel, 2016.
Ukrayna əsgərləri səngərdə keşik çəkir. Avdiivka, şərqi Ukrayna. 16 aprel, 2016.

2014-cü ildə Ukraynada böhran başlayandan sonra ABŞ ölkəyə 135 mln dollardan artıq humanitar yardım göstərib.

Ayrılmış maliyyə BMT qaçqınlar agentliyinə və digər beynəlxalq humanitar təşkilatlara şərqi Ukraynanın Donetsk və Luqansk regionunda Ukrayna hərbi qüvvələri və Rusiya tərəfindən dəstəklənən üsyançılar arsında davam edən münaqişədən zərər çəkmiş minlərlə insanın həyati ehtiyaclarını təmin etməkdə yardım göstərəcək.

BMT-nin hesabatına görə Ukraynada əksəriyyəti uşaq, əlil və qocalar olmaqla münaqişədən zərər çəkmiş 3.1 milyondan artıq insan var

BMT-nin hesabatına görə Ukraynada əksəriyyəti uşaq, əlil və qocalar olmaqla münaqişədən zərər çəkmiş 3.1 milyondan artıq insan var.

Kiyevdə jurnalistlərə müsahibə verən Kerri şərqi Ukraynada münaqişəyə son qoymaq üçün Minsk razılığının tam həyata keçirilməsi təcili xarakter daşıyır.

ABŞ rəsmiləri bildirir ki, Kerrinin Ukraynaya səfərinin cümə günü Rusiya tərəfindən təhlükənin müzakirə olunacağı Varşava şəhərində keçiriləcək NATO sammitindən öncə ABŞ-ın Rusiyaya mesajı kimi yozmaq yanlış olardı.

Çərşənbə günü Kerri Gürcüstan paytaxtı Tbilisini ziyarət edib və ABŞ ilə Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılaşma imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG