Accessibility links

ABŞ xəbərdarlıq etdi - İrana qarşı sanksiyalar qüvvədədir


Dövlət Departamenti gizli diplomatik xəttlə xarici hökumətlərə və banklara xəbərdarlıq göndərib

Obama administrasiyası özəl kanallarla xarici hökumətlərə və ABŞ banklarına xatırladaraq bildirib ki, İrana qarşı sanksiyalar hələ qüvvədədir, ona görə də İranda neft sektoruna və başqa bizneslərə investisiya etmək istəyən şirkətlər tələsməməli və iyul ayında əldə olunan nüvə razılığına əsasən götürdüyü öhdəliklərə tam əməl etməsini gözləməlidir.

ABŞ Dövlət Departamenti dünya boyu səfirliklərinə demarş adlanan kabel mesajı göndərərək İrana qarşı sanksiyaların qüvvədə olduğunu xatırladıb. Bu barədə məlumatı Reuters xəbər agentliyi diplomatik və hökumət mənbələrindən əldə edib.

Mesajda deyilib ki, İrana qarşı sanksiyalar Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın razılığın bütün şərtlərinə əməl etdiyini təsdiq etməsinədək qüvvədə qalacaq.

“Birləşmiş Ştatlar hökumətlərə bildirmək istəyir ki, İranla münasibətlərini qurarkən tələsməsinlər” – deyə Londondakı diplomatik mənbə bildirib.

Sanksiyaların nə zaman ləöv ediləcəyi hələlik bəlli olmasa da, ekspertlər deyir ki, əgər Tehran şərtlərə əməl etsə, gələn il İranla bəzi beynəlxalq maliyyə əməliyyatları həyata keçirilə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG