Accessibility links

ABŞ-ın xüsusi təyinatlı qüvvələri Suriyada İŞİD komandirini qətlə yetirib


ABŞ-ın xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında İslam Dövləti qrupunun yüksək rütbəli komandirini qətlə yetirib, onun həyat yoldaşını ələ keçirib. Bu haqda Ağ Ev və Pentaqon məlumat verib.

Gecə keçirilən reydin hədəfi qrupun Əbu Sayyaf adı ilə tanınan İŞİD komandiri olub. Vaşinqton onun əsas funksiyasını İŞİD-in hərbi və “qara bazar xam nefti” də daxil olmaqla qrupun maliyyə əməliyyatlarına nəzarətdən ibarət olduğunu bildirir.

Ağ Evin bildirib ki, ABŞ prezidenti Barak Obama cümə günü axşam Pentaqona İraqdakı ABŞ qüvvələrinin əməliyyatın keçirilməsi üçün Əl-Amra göndərilməsi haqda göstəriş verib.

İŞİD liderinin Umm Sayyaf adı ilə tanınan həyat yoldaşı İraqda ABŞ-ın hərbi saxlanma məntəqəsindədir. Reyd zamanı Əbu Sayyaf və onun həyat yoldaşının yanında saxladıqları gənc yəzidi qadın azad edilib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadett Meehanın verdiyi məlumata əsasən, əməliyyat zamanı ABŞ hərbi qüvvələri arasında yaralanan, ya da ölən olmayıb.

ABŞ və bir sıra müttəfiq ölkələr aylardır İraq ə və Suriyada İslam Dövləti qrupunun mövqelərinə qarşı hərbi hava əməliyyatları keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG