Accessibility links

Vaşinqtonda ABŞ-Afrika sammiti


Vaşinqtonda ABŞ prezidenti Barak Obama və Afrikanın 50 ölkəsinin liderinin bir araya gəldiyi zirvə görüşü işinə başlayıb.

Dövlət katibi Con Kerri Afrika ölkələrinin xarici işlər nazirlərini azad-bazar iqtisadiyyatı prinsiplərini və ABŞ-Afrika Əməkdaşlıq forumunda Afrika İnkişaf və İmkanlar aktını qəbul etməyə çağırıb. Con Kerrinin Afrikanın azı səkkiz ölkəsinin lideri ilə görüşlər keçirəcəyi gözlənilir.

ABŞ prezidenti Barak Obama ABŞ-Afrika Əməkdaşlıq forumunun iştirakçıları qarşısında çərşənbə axşamı günü çıxış edəcək və konfransın iqtisadi inkişaf, regional təhlükəsizlik və idarəçiliyə dair sessiyalarında iştirak edəcək.

Forum çərçivəsində ABŞ və Afrika ölkələri arasında əsas etibarilə sülhümühafizə missiyalarının maliyyəşdirilməsinə yönələcək 1 milyard dollar dəyərində müqavilələr imzalanacaq. Bununla yanaşı, üç günlük sammit ərzində əraq və energetika layihələrinə də milyardlarla dollar məbləğində vəsaitin ayrılacağı bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG