Accessibility links

ABŞ Əl-Şəbəb liderləri ilə bağlı məlumata görə mükafat təyin edib


Birləşmiş Ştatlar hökuməti Somali yaraqlı qrupu olan Əl-Şəbəbin altı liderinin harada olması ilə bağlı məlumata görə mükafat təyin edib.

Əl-Şəbəbin lideri Əbu Übeydə haqda məlumat üçün 6 milyon dollar məbləğində mükafat elan edilib.Əbu Übeydə keçən il qrupun uzun müddət əmiri olmuş Əhməd Əbdi Qodanenin ABŞ-ın dron hücumu zamanı qətlə yetirilməsindən sonr təşkilatın lideri elan edilib.

Qrupun yüksək səviyyəli daha üç lideri olan Məhəd Karate, Maallim Daud və Həsən Afgooye üçün isə 5 milyon dəyərində mükafat təyin edilib.
Əbdirəhman Məhəmməd Varsame adı ilə də tanınan Karate aprelin 2-də Keniyanın Qarissa universitetində 148 nəfərin ölümülə nəticələnmiş hücumda əsas rollardan birini oynayıb.

Daudun Əl-Şəbəbin Somali hökuməti və Qərbin maraqlarını təmsil edən obyektlərə qarşı əməliyyatlara görə məsuliyyət daşıdığı, Afqoyenin isə əşkilatın fəaliyyətləri üçün maliyyə vəsaiti toplamaq üçün şəbəkəyə nəzarət etdiyi bildirilir.

Birləşmiş Ştatlar həmçinin Mallam Salman və Əhməd İman Əli haqda məlumat üçün 3 milyon məbləğində mükafatın veriləcəyini elan edib. Salman Əl-Şəbəbin Afrikada xarici terrorçu döyüşçülərə rəhbərlik etdiyi, Əlinin isə Keniyada gəncləri təşkilatın sıralarına cəlb etmək və maliyyə vəsaiti toplamaq işinə görə məsuliyyət daşıdığı deyilir.

Bu mükafatlar ABŞ Dövlət Departamentinin Rewards for Justice-Ədalət üçün Mükafat proqramının bir hissəsi olaraq ayrılıb. Proqramın veb səhifəsində deyilir ki, terror hücumlarının qarşısının alınması və hücumlara görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılmasına kömək etmiş informasiyanı bölüşən 80-dən çox insana 125 milyon dollar məbləğində mükafat ayrılıb.

Birləşmiş Ştatlar Əl-Şəbəb qrupunu 2008-ci ildə terror təşkilatı kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG