Accessibility links

ABŞ ara seçkilərində seçici həvəsi [Video]


Gələn çərşənbə axşamı keçiriləcək ABŞ seçkilərində seçicilər prezident Barak Obamanın ofisdəki son iki ilində Konqresə kimin nəzarət edəcəyini müəyyən edəcəklər. Səsverməyə qədər hər iki əsas siyasi partiya dəstəkçilərini hərəkətə gətirmək və seçici fəallığını artırmaq üçün yarışırlar. Amerikanın Səsinin müxbiri Maykl Bouman ölkə paytaxtının yaxınlığında yerləşən Virciniya ştatının Feyrfaks qraflığını ziyarət erərək, ölkənin bütün yerlərindəki olduğu kimi burada da partiyaların seçiciləri səfərbər etmək cəhdlərini yerində izləyib.

ABŞ televiziya kanalları və radio dalğalarında çoxlu seçki kampaniyası reklamları var, lakin Konqresə Respublikaçı namizəd Mika Edmondun kampaniyaya daha şəxsi yanaşması var. O, bütün Virciniyanı gəzərək insanların qapılarını döyür, onlarla söhbət edir və onlara vərəqələr verir. Bəzən bu, çox çətin olur.

Zəif entuziazm- zəif seçici fəallığı deməkdir. Yüksək entuziazm isə yoluxucudur.

“Mən sizin mənə səs verməyinizi çox istəyərdim.”

“Mən də sizi bəyənmək istəyərdim, lakin çox təəssüf ki, mən Respublikaçılara səs vermirəm.”

Yaxınlıqda Demokrat və Respublikaçı yerli ofislərində qələbəlikdir. Könüllülər idarə işçilərinə seçici fəallığını artırmaq üçün lazımı materialları hazırlamaqda və yerli əhali ilə əlaqə saxlamaq üçün onlara zəng etməkdə kömək edirlər.

“Təşviqat dövrü artıq bitib. İndi dəstəkçilərin səsvermədə iştirak etməsi üçün səy göstərmə zamanıdır.”
Feyrfaks Demokratlar komitəsinin direktoru Frank Anderson bilir ki, o, partiya tərəfdarlarını səfərbər etməlidir.

“Zəif entuziazm- zəif seçici fəallığı deməkdir. Yüksək entuziazm isə yoluxucudur.”

Gallup sorğusu nümayəndəsi Frank Nyuport deyir ki, Respublikaçıların prezident yarışları olmadığı zaman ara seçkilərinə seçiciləri cəlb etməkdə üstünlükləri var.

“Respublikaçılar yaşlanırlar, Demokratlar isə daha gəncdirlər, və Amerikada seçkilərdə daha çox yaşlı adamlar iştirak edir. Respublikaçılar daha savadlıdırlar və onların seçkilərdə iştirak etməsinə daha çox ehtimal var. Namizədliyini irəli sürən hər bir Demokrat bilir ki, onun ən böyük problemi Demokrat seçiciləri səsverməyə cəlb etməkdir.”

Prezident Obamanın zəifləyən reytinqləri siyasi arenada Demokratlara kömək etmir. Feirfaks Respublikaçılar komitəsinin sədri Mat Eyms bildirib ki, əksinə, Respublikaçılar Konqresi ələ almaqla Obamanı nəzarətdə saxlamağa can atırlar.

“Seçici entuziazmı hər zaman vacibdir, çünki o, seçici fəallığına təsir edir. Respublikaçı seçicilər həmişə acdırlar - mən düşünürəm ki, onlar, dəyişikliyə acdırlar.”

Demokratlar insanları inandırmağa çalışırlar ki, onların seçiciləri səsvermədə iştiraka cəlb etməkdə üstünlükləri var.

“Bizim hər il bu mübarizədə üstünlüyümüz olur. Biz daha çox seçici ilə əlaqə yaradırıq. Biz seçicilərlə təkbətək ünsiyyətə üstünlük veririk.”

“Elə görünür ki, Demokratların bu mübarizədə üstünlükləri var. Lakin, biz düşünürük ki, biz də artıq onlara yetişirik.”

Hər iki partiya erkən və qiyabi səsləri artırmağa çalışır. Demokrat və Respublikaçı könüllülər seçiciləri insanların erkən səs verdiyi kitabxanın önündə salamlayırlar. Erkən səsvermə çox ştatda tətbiq olunur.

Sən seçkilərdə iştirak edib səs vermirsənsə, sənin gileylənməyə haqqın olmamalıdır.

“Sadiq Respublikaçılar səs verməyə gəlirlər.”

“Mən heç bir dostuma icazə verməyəcəm ki, səsvermədən qalsınlar - hansı yolla olursa olsun.”

Prezident yarışları olan illərdən fərqli olaraq ara seçkilərində seçicilərin üçdə biri iştirak etmir.

“Bu biabırçılıqdır. Sən seçkilərdə iştirak edib səs vermirsənsə, sənin gileylənməyə haqqın olmamalıdır.”

Bu mesajla hər iki partiya razılaşa bilər. Çərşənbə axşamı, onlar hansı tərəfin daha çox səs topladığını öyrənəcəklər.

XS
SM
MD
LG