Accessibility links

"ABŞ, Avropa İttifaqı və Türkiyə Cənubi Qafqazda sərt reallıqlar qarşısında" [Video]


Brukinqs İnstitutunda forum

İyulun 15-də Vaşinqtonda Brookings İnstitutunun ABŞ və Avropa Mərkəzində “ABŞ, Avropa İttifaqı və Türkiyənin Cənubi Qafqazda iştirakı” adlı yeni hesabatla bağlı müzakirə təşkil olunub. Tədbirdə çıxış edənlərin arasında Mərkəzin baş elmi işçisi və direktoru Fiona Hill, Dövlət kaibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erik Rubin, Siyasət, Təhülkəsizlik və İnkişaf məsələləri üzrə Avopa İttifaqı nümayəndə heyətinin rəhbəri Klaus Botzet və Türkəyinin Azərbaycandakı sabiq səfiri Ünal Çeviköz yer alıblar. Müzakirənin moderatoru Brukinqs İnstitutunun nəzdində fəaliyyət göstərən TUSAİD ABŞ-Türkiyə Forumunun baş elmi işçisi Kemal Kırışçı olub.

Biz Cənubi Qafqaza həm də ona görə diqqət yetirməliyik ki, orada həll olunmamış siyasi, ən əsası isə, hərbi münaqişələr var ki, bu münaqişələrin həlli yolu tapılmasa, onlar gözlənilməz və hətta təhlükəli nəticələrə gətirib çıxara bilər

Tədbir iştirakcıları Rusiyanın Krımı ilhaq etməsi, Yaxın Şərqdə İslam Dövləti təhlükəsinin yaranması, eləcə də İran və Qərb dövlətləri arasında nüvə danışıqları da daxil olmaqla, dünyada baş verən son hadisələrdən sonra Cənubi Qafqazın Qərb ölkələrinin gündəmində ikinci dərəcəli məsələyə çevrildiyini qeyd edib. Onlar bunun səhv olduğunu söyləyərək, Qərb ölkələrinin Cənubi Qafqaza marağını itirməsinin regionda böyük problemlərə yol açacağını deyib. Bu problemlərə regiondakı iki münaqişənin daha irimiqyaslı müharibəyə çevrilmək təhlükəsi daxildir.

Bundan əlavə, müzakirə iştirakçıları Rusiyanın bölgədə nüfuzunun artması və yeni sərt xarici siyasi kurs yönəltdiyini önə çəkərək, bunun qarşısını almaq üçün beynəlxalq səylərə ehtiyacın olduğunu qeyd edib. Onlar Avropa İttifaqı, Birləşmiş Ştatlar və Türkiyənin birlikdə Rusiyaya müqavimət göstərə biləcəyini söyləyib.

Qərb və İran arasında əldə olunan yeni razılaşmadan söz açan iştirakçılar bunun Cənubi Qafqaza təsirləri barədə də danışıblar. Onlar Tehranın illərdir Türkiyədən Avropaya qaz göndərmək istəyi barədə söz açıb. Türkiyənin Azərbaycandakı sabiq səfiri Ünal Çeviköz deyib ki, İrana qarşı sanskiyalar aradan qaldırılandan sonra Azərbaycan qaz və neft bazarında İranla rəqabət etməli olacaq. Lakin onun sözlərinə görə, bu Azərbaycan iqtisadiyyatına böyük təsir göstərməyəcək.

“Bundan sonra İran artıq enerji məsələlərində regional siyasəti dəyişəcək və mühüm oyunçuya çevriləcək. Ancaq sanksiyaların aradan qaldırılması prossesi bir neçə il ərzində baş verəcəyi üçün İranın mühüm oyunçuya çevrilməsi üçün də illər tələb olunacaq. Lakin biz nəzərə almalıyıq ki, İranın qazı və neftinin Qərbə nəqli hətta TANAP layihəsi və Cənub Dəhlizinin əlavə olunma ehtimalı nəzərə alınsa da, ixracatın böyük hissəsi İran körfəzi vasitəsilə Asiya ölkələrinə getməyə davam edəcək, çünki tarix boyu Çin və Yaponiya İranın ən böyük müştəriləri olub. Bu isə o deməkdir ki, İran enerji balansında nəhəng dəyişiklliklər etməyəcək,”-deyə cənab Çeviköz bildirib.

Bundan sonra İran artıq enerji məsələlərində regional siyasəti dəyişəcək və mühüm oyunçuya çevriləcək

İştirakçılar həmçinin Qərbin və Türkiyənin Cənubi Qafqaza daha böyük diqqət yetirməsinin vacibliyini vurğulayıb. Erik Rubin qeyd edib ki, Cənubi Qafazda iki böyük münaqişə gələcəkdə böyük problemlər yarada bilər və Qərb bunun qarşısını almaq məqsədilə tədbirlər görməlidir.

“Cənubi Qafqaz bizim üçün sadəcə maraq nöqtəsi və enerji sahəsində diqqət mərkəzində olduğu üçün əhəmiyyətli deyil. Biz Cənubi Qafqaza həm də ona görə diqqət yetirməliyik ki, orada həll olunmamış siyasi, ən əsası isə, hərbi münaqişələr var ki, bu münaqişələrin həlli yolu tapılmasa, onlar gözlənilməz və hətta təhlükəli nəticələrə gətirib çıxara bilər,”-deyə cənab Rubin bildirib.

Erik Rubin həmçinin Azərbaycan, Ermənistan və Gürcüstanın enerji ticarəti sayəsində iqtisadiyyatı inkişaf etdirməsinə baxmayaraq, bu ölkələrin əhalisinin yaşayış standartlarının inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı səviyyədə olduğunu deyib. O məhz buna görə Qərbin bölgəyə iqtisadi baxımdan cəlb olunmasının da əhəmiyyətini vurğulayıb.

XS
SM
MD
LG