Accessibility links

ABŞ-ın Mərkəzi bankı yeni ciddi qaydalar tətbiq edib



ABŞ-ın Mərkəzi bankı ölkə banklarının müflisləşməsi və Amerika iqtisadiyyatını təhlükə altına qoymasının qarşısını almaq məqsədilə yeni ciddi qaydalar tətbiq edib.

Mərkəzi bank mənfi borcların qarşılaya bilmək üçün ehtiyatda daha artıq maliyyənin saxlanmasını tələb edən yeni silsilə qaydalar qəbul edib. Bu, 2008-ci ildə əsas etibarilə riskli fondların yaratdığı qlobal iqtisadi tənəzzüldən sonra dünyanın maliyyə qurumlarının liderləri tərəfindən son illər qəbul edilmiş qaydarlardan daha ciddi qaydalardır.

ABŞ-ın Mərkəzi bankının rəsmiri Daniyel Tarullo qaydaların qəbul edilməsini böhrandan sonrakı dövrdə maliyyə sisteminin sabitləşdirilməsi səylərində əsaslı dönüş kimi qiymətləndirib.

Mərkəzi bankın bildirdiyinə görə, Amerikanın bir sıra bankı artıq bu yeni qaydalar əsasında fəaliyyət göstərir, lakin təxminən 100 bank 2019-cu ilə qədər birlikdə 4,5 milyard dollar məbləğində maliyyə toplamalıdır.

Növbəti aylar ərzində Mərkəzi bank ABŞ-ın dünya iqtisadiyyatı üçün əhəmiyyəti olan səkkiz ən böyük maliyyə qurumu ilə əlaqədar daha ciddi məhdudiyyətlərin qoyulmasını təklif etməyi planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG