Accessibility links

ABŞ biznesləri Kubanı yeni bazar kimi görür [Video]


ABŞ biznesləri Kubanı yeni bazar kimi görür
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ biznesləri Kubanı yeni bazar kimi görür

Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması isə orada bizneslə məşğul olmağı daha da asanlaşdıracaq

Obama administrasiyasının Kuba ilə əlaqələri bərpa etməsi ABŞ şirkətlərinə Kubada bizneslə məşğul olmaq ümidi verir, hərçənd ki, ABŞ-ın kommunist ölkəyə qarşı tətbiq etdiyi iqtisadi embarqo hələ də davam edir. Son ilərdə bəzi ABŞ şirkətləri Kubaya müəyyən məhsulları ixrac edə biliblər. Kubanın terrora dəstək verən ölkələr siyahısından çıxarılması isə orada bizneslə məşğul olmağı daha da asanlaşdıracaq. Böyük firmalar gəlir axtarışında Florida boğazından Kubaya keçməyə hazırlaşırlar. Ekspertlər isə onları ehiyyatlı olamağa çağırırlar.

Biz unutmamalıyıq ki, hər kəs Kubada iş görmək istəsə də Kuba hər kəslə iş görmək istəməyəcək. Onlar özləri çalışacaqları şirkətləri seçəcəklər

Prezident Barak Obamanın Kubanın lideri ilə görüşü və ölkəni ABŞ-ın terrorçuluğa dəstək verən ölkələr siyahısından çıxaracağını vəd etməsi təkcə Vaşinqtonda deyil, Wall Street-də də böyük səs-səda yaratdı. Latin Amerikası üzrə ekspert Karl Meakam.

“Buradakı ən böyük məsələlər maliyyə və ticari əməliyyatlardır, çünki indi artıq investorlar bunu keçmişə nisbətən daha az riskli variant olaraq görəcəklər, ona görə ki, bu ölkənin artıq terrorçu ölkələrlə və şəxslərlə əlaqəsi olmadığı görünür.”

Kubalılara yardım etmək məqsədilə göndərilən insan və məhsullar istisna olmaqla Amerika şirkətlərinin Kubada bizneslə məşğul olmalarını məhdudlaşdıran, illərdir davam edən emarqonu yalnız Konqres aradan qaldıra bilər.

Lakin prezident Obamanın yanvar ayında Kubaya səyahəti yüngülləşdirməsi amerikalılara Kubanı ziyarət etməyə təşviq edir. Jet Blue və Airbnb kimi şirkətlər isə yeni bazara açılmaya hazırlaşırlar.

Antonio Martinez ölkədə turizmin artacağını deyir.

“Şirkətlər həyəcanlıdırlar, çünki Kuba 11 milyon əhalisi olan bir bazardır. Ada artıq 3 milyon ziyarətçi gözləyir. Embarqo və digər məhdudiyyətlər aradan qaldırıldıqdan və vəziyyət düzəldikdən sonra isə orada turizminin həcmi artaraq altı milyon turist təşkil edəcək.”

MasterCard və American Express daxil olmaqla bir sıra maliyyə şirkətləri bazara daxil olmağa hazırdırlar. Lakin Martinez prosesin yavaş olacağını və nəzarətin Kubanın əlində qalacağını deyir.

“Biz unutmamalıyıq ki, hər kəs Kubada iş görmək istəsə də Kuba hər kəslə iş görmək istəməyəcək. Onlar özləri çalışacaqları şirkətləri seçəcəklər.”

İki ölkə arasında normal əlaqələrin yaradılması fərzi olsa da, yaxın zamanda kənd təssərrüfatı ticarətinin artacağı gözlənilir. Ekspertlər isə Kubada geniş infrastruktur ehtiyacları olduğu üçün ölkədə telekommunikasiya inkişafının böyük bazar yaradacağını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG