Accessibility links


ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ və Britaniya Suriya müxalifətinə köməyi davam etdirmək və prezident Bəşar Əl-Əsədin olmayacağı yeni Suriya qurmaq planları hazırlayır.

Cənab Obama bu açıqlamaları Britaniyanın Baş naziri Deyvid Kameronla Ağ Evdə görüşdən sonra birgə mətbuat konfransı zamanı verib.

ABŞ prezidenti həm Birləşmiş Ştatların, həm Britaniyanın mötədil Suriya müxalifətinə dəstəyi davam edirəcəyini deyib. O bildirib ki, hər iki ölkə qarşıdan gələn beynəlxalq zorvə toplantısında Suriyanı idarə edəcək müvəqqəti qurumu yaradılması istiqamətində iş aparır.

Cənab Kameron Suriya müxalifətində mötədil elementlərə yardmın artırılmasına söz verib.

Britaniyanın baş naziri ABŞ-a keçən həftənin cümə günü Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra səfər edir. Görüş zamanı Suriyada müharibəyə son qoymaq üçün siyasi keçid prosesi müzakirə edilib.

Birləşmiş Ştatlar və Rusiya prezident Bəşar Əl-Əsəd və onun hakimiyyətinə qarşı mübarizə aparan üsyançılar arasında sülh danışıqlarına nail olmaq üçün Cenevrədə beynəlxalq konfransın keçirilməsini təklif etmişdi.

Suriya hökuməti hələ bu təklifə cavab verməyib. Başlıca müxalifət qüvvələri hər hansı bir razılığın cənab Əsədin hakimiyyətdə qalmasına imkan verilməməsini tələb edib.
XS
SM
MD
LG