Accessibility links

İnsan haqları qrupları ABŞ-ı Çinə insan hüquqları sahəsində vəziyyəti düzəltmək üçün təzyiq göstərməyə şağırır


İnsan hüquqları qrupları ABŞ və Çin rəsmilərinin insan haqlarına dair dialoqu baş çatdırdığı bir vaxt Vaşinqtonu Çində dissidentlərə qarşı təqiblərə son qoymaq üçün təzyiq göstərməyə çağırır.

Bağlı qapılar arxasında hər il keçirilən danışıqlarda ABŞ Dövlət katibinin yardımçısı Maykl Pozner və Çin Xarici İşlər nazirliyinin yüksək səviyyəli rəsmisi Çen Tsü iştirak ediblər.

İnsan haqlarına dair 17-ci belə dialoq ABŞ və Çin arasında münasibətlərin ayrılmaz hissəsinə çevrilmişdir. Lakin bununla belə müşahidəçilər dialoqun kommunist ölkədə insan hüquqlarına dair vəziyyətin yaxşılaşmasında çox az dəyişikliyin olduğunu bildirir.

Human Rights Watch təşkilatının nümayəndəsi Sofi Riçardson Amerikanın səsinə bildirib ki, Pekin danışıqlardan insan hüquqları məsələləri ilə məşğul olduğunu göstərmək üçün istifadə edərək, əsaslı islahatlar həyata keçirmir.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland dialoq zamanı bir sıra həssas məsələlərin müzakirə ediləcəyinə söz verərək, ikitərəfli müzakirələrin ABŞ-ın Çinlə əməkdaşlıq qurmaq səylərinin bir hissəsi olduğunu bildirib.
XS
SM
MD
LG